Sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi-regionların inkişafı
Tarix: 14.04.2014 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Azərbaycan müstəqillik əldə etdikdən sonra yalnız ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edildi. İqtisadiyyatın dinamik inkişafının əsasını qoyan Heydər Əliyevin iqtisadi sahədə həyata keçirdiyi tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəldi. Təsadüfi deyil ki, bu gün də Heydər Əliyev strategiyası uğurla davam etdirilərək kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib.
Uzun illər neft-qaz sektoru iqtisadiyyatın inkişafında lokomotiv rolunu oynadı və regionlarda iqtisadi inkişaf paytaxtdan nisbətən zəif nəzərə çarpırdı. Bu səbəbdən də bölgələrə diqqət ilbəil artmağa başladı. Bu gün artıq regionlarda kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu isə uzun illərə dayanmış bir siyasətin davamı kimi qiymətləndirilməlidir. Heydər Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycanda makroiqtisadi sabitliyə nail olundu ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırdı.
Hazırda ölkəmizdə, əsasən də regionlarda istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının, demək olar ki, hamısı özəl bölmənin payına düşür. Bu gün regionlara diqqətin artırılması sayəsində kəndlərdə fermerlərin sayı durmadan artır.
Uzun illərdir ki, bölgələrdə investisiyalar da sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrə yönəldilir.
Artıq əminliklə demək olar ki, əsası ümummilli lider tərəfindən qoyulmuş yeni iqtisadi siyasət, iqtisadi və sosial islahatlar Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə ardıcıl həyata keçirilən islahatlar nəticəsində respublika həyatında bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilir. Regionlarda sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılır və bu da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaradır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin azaldılması və sosial yönümlü müxtəlif problemlərin aradan qaldırılması regionlara ayrılan diqqətlə əhəmiyyətli dərəcədə bağlı idi.
Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılması, əhalinin sosial problemlərinin həlli məsələləri nəzərdə tutulurdu. Dövlət Proqramlarının uğurlu icrası bir daha təsdiq etdi ki, ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi inkişaf strategiyası düzgündür və Azərbaycanın daha böyük uğurlar qazanmasına imkan yaradacaq.
Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından isə böyük gözləntilər var. Çünki artıq ölkəmizdə iqtisadi layihələrin sayı çoxalıb və bu istiqamətdə olan islahatlar xeyli artıb. Əminliklə deyə bilərik ki, qarşıdakı 4 il Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olacaq. Prezidenti İlham Əliyev öz çıxışında da dəfələrlə deyib ki, biz ümummilli lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimai-siyasi sabitliyə və iqtisadi bazaya, xalqın möhkəm dəstəyinə söykənərək çox böyük uğurlara imza atmışıq. Ümumiyyətlə, ölkə başçısı bölgələrə hər dəfə səfər edərkən çıxışlarında bu amilə xüsusi olaraq toxunur ki, regionların iqtisadi inkişafı çox əhəmiyyətlidir və bunun üçün daim işlər görülüb, gələcəkdə də bu istiqamətdə davamlı addımlar atılacaq.
Günümüzdə ölkə iqtisadiyyatının inkişafı nəinki regionda nümunə göstəriləcək qədər sürətlə irəliləyir, hətta bir çox Avropa ölkələri də bizdən bəzi məqamlarda nümunə götürürlər. Hər il regionlarda müasir sosial-iqtisadi infrastrukturlar yaradılır, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilir. Təsadüfi deyil ki, 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi ötən il 25 milyard dollara çatdırılıb. Ölkədə bir milyondan çox yeni iş yeri yaradılıb, əhalinin işsizlik səviyyəsi xeyli dərəcədə aşağı salınıb. Qarşıdakı 4 il ərzində isə bu rəqəmlərin müsbət istiqamətdə daha çox dəyişəcəyi proqnozlaşdırılır.
İqtisadçı ekspert Sahil Gədikli regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından böyük gözləntilərin olduğunu düşünür. O, ötən illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində görülmüş işləri də yüksək qiymətləndirir: “2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizə endirildi. Hətta dünyadakı maliyyə böhranının başladığı 2009-cu ildə Azərbaycan iqtisadiyyatında 9 faiz artım olmuşdu. Son 9 ildə isə qeyri-neft sektoru 2 dəfədən çox artıb.
Ümumiyyətlə, Azərbaycan son 20 ildə sosial-iqtisadi inkişaf sahəsində ciddi uğurlara imza atıb. Birincisi, iqtisadiyyatda baş verən tənəzzülün qarşısı alınıb. İkincisi, makroiqtisadi sabitlik qorunub saxlanılıb və iqtisadi artımın davamlılığı təmin edilib. Üçüncüsü isə iqtisadiyyatın idarə edilməsinin səmərəliliyi yüksəldilib. Digər məqamlar da var ki, bunlar da qeyri-neft sektorunda inkişafın sürətləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması, regionlarda sahibkarlığın, istehsal, sosial infrastruktur sahələrinin inkişafının təmin edilməsidir. Uğurlardan biri kimi ölkədə yoxsulluğun səviyyəsinin əhəmiyyətli şəkildə azaldılmasını da qeyd edə bilərəm. Qarşıdakı illərdə regionların iqtisadi inkişafının daha da yüksəldilməsi sayəsində vətəndaşların məşğulluq problemləri də xeyli dərəcədə azalacaq. Bu gün göz qabağındadır ki, ölkə iqtisadiyyatı dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiya edir və bu istiqamətdə işlər gücləndirilir. Artıq Azərbaycanı bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkə saymaq olar. Bu il isə Dövlət Proqramının yeni dövrü başlayır. Bu proqramın da əsas istiqamətinin yenə bölgələrin inkişafına yönəldilməsi olacağı şübhəsizdir”.
Ekspert deyir ki, proqramdan irəli gələn bütün vəzifələr artıqlaması ilə icra edilir. Qarşıdakı illərdə isə sözügedən proqramın daha da böyük həcmdə icra ediləcəyini proqnozlaşdıran Sahil Gədikli bununla da bütün ölkənin inkişafının davam edəcəyini bildirdi.
Mütəxəssis onu da vurğuladı ki, qısa müddət ərzində enerji təhlükəsizliyinin təmin edilməsi də Azərbaycanın iqtisadi uğuru sayıla bilər. Bu xüsusda regionlarda bir sıra enerji məsələləri ilə bağlı yenidən ciddi layihələrin həyata keçirilməsi gözlənilir: “Əvvəlki dövrdə bizdə istehsal olunan elektrik enerjisi tələbatımızı ödəmirdi. İndi biz elə güclü sistem yaratmışıq ki, nəinki öz tələbatımızı ödəyirik, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisini ixrac edirik. Qısası, nəinki elektrik enerjisi, bütün infrastruktur layihələri uğurla davam etdirilir. Yollar, qazlaşdırma, su ilə təchizat, sosial infrastruktur məsələləri də çox vacibdir. Qarşıdakı proqramda da bütün bu məsələlərin öz əksini tapacağı gözləniləndir. Sosial infrastruktur layihələrinin də genişmiqyaslı olacağını proqnozlaşdırmaq olar. Yeni-yeni məktəblərin tikilməsi də gözlənilir. Çünki bu sahəyə daha çox ehtiyac yaranıb”.
Beləliklə, bir zamanlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafı strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayıb, hətta bir model olaraq keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişafı baxımından nümunə kimi qəbul edilə bilər.
“Yazı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb
28.05.2020
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat
28.05.2020
Prezident: “Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik“
28.05.2020
Prezident: “Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi“
28.05.2020
“O vaxt Azərbaycanın başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info