Naxçıvan Dövlət Universitetində yeni layihə
Tarix: 14.04.2014 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının səfirliyinin İctimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Stefan Qays və Mədəniyyət və Təhsil üzrə müşavir M.Kelli Kalam Naxçıvan Dövlət Universitetində olmuşlar. Universitetin rektoru, Əməkdar elm xadimi, professor Saleh Məhərrəmov qonaqları salamlayaraq dünyaya inteqrasiya baxımından beynəlxalq tərəfdaşlığın əhəmiyyətini vurğulamış, Naxçıvan Dövlət Universitetinin strukturu, maddi-texniki bazası, beynəlxalq əlaqələri haqqında qonaqlara məlumat vermişdir. Rektor bildirmişdir ki, özünəməxsus inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti 46 il ərzində dünyanın 80 tanınmış ali məktəbi ilə əməkdaşlıq əlaqələri yaratmışdır. Amerika Birləşmiş Ştatlarının səfirliyi iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafında, müştərək layihələrin gerçəkləşdirilməsində mühüm rol oynayır. Stefan Qays və xanım Kelli Kalam beş günlük səfər zamanı "Amerikanı Tanıyaq" ödənişsiz silsilə proqram çərçivəsində treninqlərin keçiriləciyini bidirmişlər. Qeyd olunmuşdur ki, treninqlər ingilis dilinin interaktiv üsullarla tədrisi, ingilis dili müəlimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, ingilis dilinin müxtəlif kreativ və effektiv üsullarla tədrisi, ingilis dilinin tədrisində sosial şəbəkədən və online resurslardan istifadə və digər mövzularda olacaq. Görüş zamanı universitetlərarası əməkdaşlıq məsələləri, tələbələrin Amerika universitetlərində təhsilə cəlb olunması və təqaüd proqramlarında iştirakı müzakirə olunmuşdur. Qonaqlar Naxçıvan və universitet haqqında xoş təəssüratlarını bölüşmüşlər. Treninq başlamazdan öncə universitetin rektoru, professor Saleh Məhərrəmov və Amerika Səfirliyinin İctimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Stefan Qays ölkələrarası siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında elm və təhsil sahəsində tərəfdaşlığın, ingilis dilini mükəmməl öyrənmənin əhəmiyyətindən bəhs etmiş, treninq iştirakçılarına uğurlar arzulamışlar. Sonra treninqlərə start verilmişdir. Naxçıvan Özəl Universitetindən də bir neçə müəllimin qatıldığı, 23 nəfər müəllimin iştirak edəcəyi beş günlük treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
25.05.2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr-evi uşaq bağçasının açılışında iştirak ediblər
25.05.2020
Prezident Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib
25.05.2020
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
25.05.2020
Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info