Şagird sayı az olan məktəblər birləşdirilə bilər
Tarix: 14.04.2014 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Azərbaycanda məktəblər şəbəkəsinin rasionallaşdırılması məsələsi gündəmdədir.
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov açıqlamasında deyib ki, rasionallaşdırma deyəndə, məsələni sadəcə bir məktəbin digər məktəblə birləşdirilməsi kimi başa düşmək olmaz. Burada bir çox amillərin mövcud olduğunu deyən A.Əhmədov qeyd edib ki, infrastruktur və digər məsələlər də gündəmdədir: “Bizim elə yaşayış məntəqələrimiz var ki, orada məktəblərin sayı azdır. Hər hansı məktəbin birləşdirilməsi, şagirdlərin ora gətirilməsi və şagird sayı az olan 3-4 kənd məktəbinin birləşdirilərək vahid bir məktəbin yaradılması kimi məsələlər təkcə bu sahədəki istəyimizdən asılı deyil. Burada mövcud olan bir çox amillər həll olunmalıdır. Rasionallaşdırma gündəmdədir, bu məsələlərlə məşğul olunur və gələcəkdə davam etdiriləcək. Amma bu, düşünülən qədər və göründüyü kimi asan məsələ deyil”.
Rasionallaşmaya ehtiyac olan məktəblərə gəlincə, nazirlik rəsmisi bildirib ki, daha çox dağlıq zonalarda buna ehtiyac var. Onun sözlərinə görə, ölkədə şagird kontingenti 100-dən aşağı olan məktəblər, hətta tam orta məktəblər var: “Lakin biz deyə bilmərik ki, məktəb yaşlı uşaq az olduğuna görə onlar öz ərazilərində oxumasınlar. Təbii ki, daha təkmil bir iş sistemi yaratmaqla və daha artıq məsrəf sərf etməməklə uşaqların təhsilinin təşkili vacib məsələdir. Bu, daha çox araşdırmalar və müvafiq işlərin görülməsini tələb edir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Prezident Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib
25.05.2020
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
25.05.2020
Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir
24.05.2020
Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info