Medianın etik durumu monitorinq ediləcək
Tarix: 14.04.2014 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


“Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihənin icrasına start verib. “Media azadlığı və ictimai məsuliyyət – Kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərin və etik normaların qorunması sahəsində maarifləndirmə işi” adlı layihənin məqsədi məqsədi kütləvi informasiya vasitələrində özünü göstərən, qeyri-etik, milli-mənəvi dəyərlərimizə yönəlmiş halların da olsa aradan qaldırılmasına yardımçı olmaqdır.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, hazırkı dövrdə Azərbaycan mediasında özünü göstərən bir sıra tendensiyalar, medianın cəmiyyət qarşısındakı mənəvi məsuliyyətini, milli-mənəvi dəyərlərin və etik normaların qorunması sahəsində vəzifələrini kölgədə qoyur: “Bəzi media qurumları, jurnalistlər cəmiyyət qarşısında ictimai məsuliyyətini, maarifçi missiyasını unudaraq, fəaliyyətlərini yalnız “oxunaqlı xəbər” siyasəti üzərində qururlar. Bunun da mənfi fəsadları cəmiyyət həyatında müxtəlif formalarda büruzə verir”.
İB rəhbəri bildirib ki, layihə çərçivəsində mövzu ilə bağlı tanınmış ziyalıların, media ekspertlərinin fikirləri əsasında müsahibələr, məqalələr hazırlanacaq. Həmçinin, layihə müddətində 10 qəzet, 5 sayt və 5 yerli televiziya kanalında monitorinq aparılacaq. Monitorinq nəticəsində milli mənəvi dəyərləri, etik normaları qoruyan və qorumayan media qurumları müəyyənləşdirilərək ictimaiyyətə elan ediləcək.
Sonda isə monitorinq nəticəsində milli mənəvi dəyərlərə sayğı ilə yanaşan, daha çox etik normaları gözləyən 3 media qurumu – 1 qəzet, 1 sayt və 1 televiziya hədiyyə və diplomla təltif olunacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb
28.05.2020
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat
28.05.2020
Prezident: “Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik“
28.05.2020
Prezident: “Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi“
28.05.2020
“O vaxt Azərbaycanın başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info