Rusiya ilə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var
Tarix: 14.04.2014 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev aprelin 14-də Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı Rusiya Federasiyasının Ulyanovsk vilayətinə səfərini məmnunluqla xatırlayıb. Ölkəmiz ilə Rusiya Federasiyası və onun subyektləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən investisiya, birgə istehsal və digər sahələrdə fəal əməkdaşlığın mövcud olduğunu deyən Prezident bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı əməkdaşlığımızın yeni sahələrinin müəyyənləşdirilməsi baxımından Bakıda keçirilən Rusiya-Azərbaycan biznes forumunun önəmini qeyd edib. Prezident Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib. Böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayan Sergey Morozov əməkdaşlığımızın müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Sergey Morozov Azərbaycan ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün Ulyanovsk vilayətində həyata keçirilən işlər və layihələrdən danışıb, əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Prezident İlham Əliyev: Azərbaycan 30 ölkəyə dəstək verib
01.06.2020
Ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub
01.06.2020
Prezident İlham Əliyevlə AIB-nın rəhbərləri arasında videokonfrans keçirilib - YENİLƏNİB
01.06.2020
Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək
01.06.2020
Birinci vitse-prezident Mehriban Əliyeva uşaqları təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info