Pirşağıda sutəmizləyici qurğusunun tikintisinə 43,5 milyon dollar kredit ayrılacaq
Tarix: 14.04.2014 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


“Pirşağı Çirkab Su Təmizləyici Qurğusu”nun tikintisinə dair Azərbaycan Hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında kredit sazişi imzalanıb. Kredit sazişini Azərbaycan hökuməti adından “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Koreya tərəfdən isə Bankın icraçı direktoru Yim Seonq Hyueoq imzalayıb. Kredit sazişinin imzalanma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Koreya Hökumətinin və şirkətlərinin iştirakını yüksək qiymətləndirərək, həmin layihələrin uğurla icra olunduğunu bildirib. Cəmiyyətin sədri ötən il icrasına başlanılıb və Koreya Hökuməti ilə birgə maliyyələşdirilən Kürdəxanı qəsəbəsinin su təchizatının yenidən qurulması layihəsi üzrə işlərin 70 %-dən çoxunun yerinə yetirildiyini də qonaqların diqqətinə çatdırıb.
Koreya İxrac-İdxal Bankının icraçı direktoru Yim Seonq Hyueoq Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edərək, təmsil etdiyi bankın infrastruktur layihələrinə bundan sonra da dəstək verməyə hazır olduğunu bildirib.
“Pirşağı Çirkab Su Təmizləyici Qurğusu”nun tikintisinə dair Azərbaycan hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında imzalanmış kredit sazişinə əsasən Pirşağı qəsəbəsində məhsuldarlığı 40 min kubmetr olacaq müasir tipli yeraltı çirkab sutəmizləyici qurğunun tikintisi üçün 43,5 milyon dollar kredit ayrılacaq. Bu vəsait ilk 10 ili güzəştli olmaqla 40 il müddətinə, illik 0,2 faizlə veriləcək. Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına töhfə verəcək. Yeni qurğu istismara verildikdən və ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrində toplanan tullantı suları bu qurğuda təmizlənərək zərərsizləşdiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Azərbaycan pambıq məhsulunun ixracını artırmaq niyyətindədir
31.05.2020
“Vətəndaşlar alternativ enerjini dövlətə sataraq gəlir əldə edə bilər” - VİDEO
31.05.2020
Daha 1592 sahibkarlıq subyektində monitorinq aparılıb
31.05.2020
Idman təyinatlı obyektlər, açıq havada yerləşən meydançalar əhalinin istifadəsinə verilir
31.05.2020
“Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info