“Krımda baş verənlərlə Dağlıq Qarabağ arasında paralellik yoxdur”
Tarix: 14.04.2014 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


“Müstəqil Dövlətlər Birliyi parçalanmağa hazırlaşmır. MDB keçmiş sovet ölkələrinin formatıdır və çox az adam bilir ki, bu formata müxtəlif fəaliyyət sahələrinə dair 70-dən çox orqan daxildir".
Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzi deyib. O bildirib ki, hazırda 9 MDB ölkəsi azad ticarət zonası yaradıb: “Xidmət ticarəti və dövlət satınalmaları haqqında müqavilənin imzalanmasına hazırlıqlar gedir. Yəni iqtisadi mələlər müzakirə olunur. Biz, Böyük Vətən Müharibəsinin 70 illiyinə hazırlaşırıq. MDB parlamentlərarası əlaqələri də aktiv şəkildə inkişaf edir. Bir sözlə, dinamika müsbətdir". Nebenzi Ukraynanın MDB-dən çıxmasının fakt olmadığını bildirib: “Bizim fikrimizcə, bu, Ukraynanın özünün marağına olmazdı. Çünki Ukraynanın belə addımı öz vətəndaşlarının maraqlarına mənfi təsir göstərəcək. MDB çərçivəsində 450 müqavilə imzalanıb. Bu müqavilələrin 223-də Ukrayna iştirak edir. Ukraynanın hipotetik olaraq MDB-dən çıxması onun bir sıra müqavilələrdən kənarda qalmasına gətirib çıxaracaq. Bu müqavilələrə təqaüd təminatı, tibbi xidmət, eləcə də miqrasiya aiddir. Ona görə də, MDB-dən çıxmaq mövzusu Ukrayna əhalisi üçün “bayram” ola bilməz. Burada yüz dəfə ölçüb, bir dəfə biçmək lazımdır. Fikrimcə, hazırk Kiyev hökuməti bunu başa düşür. MDB-dən çıxmaq barədə verilən bəyanatların hazırda nisbətən səngiməsi bunu dolayısı yolla təsdiq edir". V. Nebenzi Avropa Birliyi ilə əməkdaşlığın inkişaf etdirilməsinin Rusiya və digər MDB ölkələri üçün prioritet olduğunu söyləyib: “Məsələ ondadır ki, AB ilə münasibətləri hansı formatda inkişaf etdirmək lazımdır. AB-nin “Şərq tərəfdaşlığı” proqramı iqtisadi deyil, geosiyasi proqramdır. Keçən ilin yayına qədər biz Ukrayna ilə AB arasında azad ticarət zonası deyilən müqavilənin nədən ibarət olduğunu bilmirdik. Həmin müqavilə ilə tanış olanda, başa düşdük ki, orada yazılanlar Ukrayna ilə bizim iqtisadi əlaqələrimizə mənfi təsir edəcək. AB texniki standartlarına keçid Ukrayna bazarlarını AB məhsulları ilə dolduracaq, Ukrayna məhsulları isə Gömrük İttifaqı ölkələrinə axacaq. Təbii ki, bu da öz növbəsində Gömrük İttifaqı ölkələrinin, o cümlədən Rusiyanın iqtisadiyyatına mənfi təsir edəcək". Rusiya XİN başçısının müavini Krımda baş verənlərin Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin tənzimlənməsinə necə təsir edəcəyi ilə bağlı sualı da cavablandırıb: “Mən Krımda baş verənlərlə Dağlıq Qarabağ və Dnestryanı münaqişələri arasında paralellər aparmazdım. Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Orada Rusiya, ABŞ və Fransa həmsədrlər səviyyəsində təmsil olunurlar. Onlar azərbaycanlılarla ermənilər arasında birbaşa dialoqun olmasına vasitəçilik etməyə çalışırlar. Bir müddət əvvəl MDB ölkələri XİN başçılarının sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Ondan əvvəl də hər iki ölkə liderlərinin görüşü keçirilib. Dnestryanı münaqişənin tənzimlənməsi üçün “5+2” formatı var. Bu istiqamətdə də iş davam etdirilir".
Tural




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info