Güləşçilərimiz Antalyada altı medal qazanıb
Tarix: 14.04.2014 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında XVII “Zəfər Kuboku” Beynəlxalq turniri keçirilib.
Turnirdə Türkiyə, Rusiya, Almaniya, Fransa, Belarus, Gürcüstan, İran, Ermənistan, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan ilə yanaşı, ölkəmizin yeniyetmə qızlardan ibarət yığma komandası da iştirak edib.
Yeniyetmə qızlarımız turniri 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.
Qızıl medalları yığmamıza Tatyana Vorontsova (49 kq), Leyla Qurbanova (52 kq) və Anita Kələntərova (70 kq) qazandırmışlar. Türkan Nəsirova (46 kq) və Səbinə Həmzəlzadə (49 kq) yalnız final görüşündə uduzub və gümüş medalla kifayətləniblər.
Digər təmsilçimiz Şəbnəm Əhmədova (52 kq) isə bürünc medala sahib olub. Məşqçilər Arif Fərmanov və Siracuddin Eldarovun rəhbərliyi altında 7 güləşçimiz turnirdə qüvvəsini sınayıb və onlardan 6-sı fəxri kürsüdə yer alıb. Yığmamız komanda hesabında Türkiyə və Qazaxıstandan sonra üçüncü yeri tutub.
Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakim Rövşən Azadov Azərbaycanı təmsil edib.




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
03.03.2020
Prezident “Azərxalça” ASC-nin Goranboy filialının fəaliyyəti ilə tanış olub
26.02.2020
Prezident Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
21.02.2020
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
06.02.2020
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 3 nömrəli Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info