“Barselona” baş məşqçini dəyişir
Tarix: 14.04.2014 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


“Barselona”nın baş məşqçisi Xerardo Martinonun klubdakı gələcək taleyi müəyyənləşib. İspaniya mətbuatının yaydığı xəbərə görə, cari mövsümün sonunda argentinalı mütəxəssis komandanı tərk edəcək.
Məlumatda deyilir ki, Martino özü könüllü şəkildə getmək qərarına gəlib, klub isə buna etiraz etməyib. Tərəflər arasında müqaviləni qarşılıqlı şəkildə ləğv etməklə bağlı razılıq “Barselona”nın La Liqanın ötən şənbə günü “Qranada”ya qarşı keçirilmiş 33-cü turunun oyunundan (0:1) sonra əldə olunub. Martinonun özünü “Barselona”da rahat hiss etmədiyi, klubun isə onun işindən narazı olduğu bildirilib. Yayılan digər məlumata görə, “Barselona”nın yeni baş məşqçisi vəzifəsinə əsas namizədlər Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp və Almaniya millisinin çalışdırıcısı Yoahim Lövdür. Hazırda Kataloniya təmsilçinin bununla əlaqədar alman mütəxəssislərlə danışıqlar apardığı iddia edilir. Xatırladaq ki, Martinonun baş məşqçisi olduğu “Barselona” Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırıb. La Liqada isə komanda üçüncü pilləni tutur.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Koronavirus “Kral klubu“nun əl-ayağını bağladı
31.05.2020
50 milyonluq transfer açıqlandı
31.05.2020
Qadın döyüşçü UFC-də ilkə imza atdı
31.05.2020
“Atletiko“dan ayrıldığını açıqladı
31.05.2020
Azərbaycan Premyer Liqasının bərpa tarixi açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info