Gənclər arasında boks üzrə dünya birinciliyi
Tarix: 14.04.2014 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında boks üzrə dünya birinciliyi başlayıb.
Yarışda Azərbaycan idmançıları da mübarizə aparırlar.
Yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarına lisenziya verən turnirdə boksçularımızın rəqibləri müəyyənləşib. Dünya birinciliyinin ilk günündə milli komandamızın üzvlərindən Məsud Yusifzadə (52 kq) rinqə çıxıb. Ötən il gənclər arasında Avropa birinciliyinin gümüş mükafatını qazanmış həmyerlimiz yaponiyalı Kantaro Juri ilə üz-üzə gəlib.
Digər boksçularımız Rüfət Hüseynov (49 kq) Orlin Yordanovla (Bolqarıstan), Tayfur Əliyev (56 kq) Araşi Morisaka (Yaponiya) ilə, Orxan Əliyev (60 kq) Florian Sabo (Serbiya) ilə, Cavid Quliyev (64 kq) Uayn Kelli (İrlandiya) - Ayan Kalıbekov (Qazaxıstan) qarşılaşmasının qalibi ilə, Roman Zakirov (69 kq) Bernard Barsoni (Macarıstan) ilə, Şamil Əliyev (75 kq) Ren Uemura (Yaponiya) ilə, İbrahim Quliyev (81 kq) Darius Asmontasla (Litva), Şükran Mehdiyev (91 kq) Jonas Soenstebi (Norveç) ilə, Məhəmmədəli Tahirov (91 kq-dan yuxarı) Dovidas Sernasla (Litva) qarşılaşacaqlar.
Turnirdə iki gənc qız boksçumuz da iştirak edir. Belə ki, Aliyə Vəlizadə (51 kq) Amel Çebbi (Tunis) ilə, Məryəm Cəbrayılova (60 kq) Anjelina Bondarenko (Ukrayna) ilə qarşılaşacaqlar.
Oğlanların yarışında yeniyetmələrin Olimpiadasına hər ölkədən 3, qızlarda isə 2 yer ayrılıb. Yəni, hər hansı komanda 5 lisenziya qazansa belə, seçim edib 3 boksçusunu Olimpiadaya göndərməlidir. Yeniyetmələrin ikinci Olimpiya Oyunları avqustun 22-dən 27-dək Çinin Nianjanq şəhərində keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
İngiltərə Premyer Liqasının bərpa tarixi və ilk oyunların təqvimi açıqlanıb
28.05.2020
PSJ-ni “Arsenal“a dəyişir
28.05.2020
“Liverpul“ və “Real“ onu istəyir
28.05.2020
“Liverpul“ - “Atletiko“ matçı 41 nəfərin ölümünə səbəb olub
28.05.2020
Martinesin “Barselona“ya keçidi alınmır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info