Yeniyetmələr arasında taekvondo üzrə ölkə birinciliyi
Tarix: 14.04.2014 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Göyçay Olimpiya İdman Kompleksində yeniyetmələr arasında keçirilən taekvondo üzrə ölkə birinciliyi başa çatıb. Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 22 şəhər və rayondan 250 idmançı 11 çəki dərəcəsində mübarizə aparıb.
Üç gün davam edən yarışda qızlar arasında müxtəlif çəki dərəcələrində Ofeliya Allahverdiyeva, Minayə Ələkbərova, Zalikə Babayeva, Sevda Pirseyidova, Nərgiz Məmmədzadə, Diana Hacıəliyeva, Elvira Süleymanova, Şəms İsayeva, Şəbnəm Məmmədova və Rafaella Hüseynova fərqləniblər. Oğlanlar arasında isə birinci yeri Elgün Həmidov, Yaşar Məmmədli, Aqşin Abdulov, Həsən Həsənov, Niyaz Zülfüqarlı, Coşqun Abdullayev, Sərxan Rəsulov, Nicat Musayev, Mehdi Tağıyev və Orxan Tağızadə tutublar. İlk üç yeri tutan idmançılara diplom və medallar, pul mükafatı verilib. Birinci yeri tutan idmançılar isə yeniyetmələrdən ibarət yığma komandanın heyətinə cəlb olunaraq təlim-məşq toplanışlarında iştirak edəcəklər. Xatırladaq ki, hazırda Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə milli komandası mayın 1-5-də Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədilə Qəbələdə təlim-məşq toplanışındadır.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
“Tottenhem“ Koutinyonu icarəyə götürür
28.05.2020
İngiltərə Premyer Liqasının bərpa tarixi və ilk oyunların təqvimi açıqlanıb
28.05.2020
PSJ-ni “Arsenal“a dəyişir
28.05.2020
“Liverpul“ və “Real“ onu istəyir
28.05.2020
“Liverpul“ - “Atletiko“ matçı 41 nəfərin ölümünə səbəb olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info