“Dost seçərkən diqqətli olun”
Tarix: 14.04.2014 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


“Hər zaman bir-birimizə düzgün
nəsihət verə biləcək dostlar seçə bilməliyik”


Layihə çərçivəsində müsahibimiz Çin Xalq Respublikasında xarici təhsil alan Kənan Bəşirovdur. Kənan Bəşirov xaricdə təhsil alan tələbə kimi bizimlə öz təəssüratlarını bölüşdü və yeniyetmələrə, gənclərə mənəvi inkişafları ilə bağlı bir sıra məsləhət və tövsiyələrini çatdırdı.
- Öncə özünüz və təhsiliniz barəsində məlumat verərdiniz…
- Təhsilimin bakalavr pilləsini 2007- ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Neft-qaz mühəndisliyi fakültəsində oxumaqla bitirmişəm. Akademiyanı bitirib, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində 1 il müddətində hərbi vəzifəmi yerinə yetirmişəm. 2013-cü ilin sentyabr ayından Çin Xalq Respublikasında “China University of Petroleum”da ( Çin Neft Universiteti) “Qazma mühəndisi” ixtisasının magistratura pilləsində təhsil alıram.
- Yaşadığınız və təhsil aldığınız ölkənin xüsusiyyətləri və adət-ənənələri barəsində ətraflı nələri bildirərdiniz? Çinlilərin təhsili, bizə münasibətləri barədə nə deyərdiniz?
- Yuxarıda bildirdiyim kimi, 2013 yeni təshil ilindən ÇXR- də təhsilimi davam etdirirəm. Demək olar ki, mənim ətrafımda olan dostlarımdan bu sualı mənə verməyən yoxdur. Açıq deyim, ilk vaxtlar çətin oldu. Demək olar ki, hər şey fərqlidir. Müəyyən müddət sonra isə hər şey insanın özündən-yerli camaatla münasibətindən asılı olur. Ümumiyyətlə, buranın milləti haqqında “soyuqqanlı olur” deyirlər. Ancaq mən bu sözlə razı deyiləm. Çünki əhalisinə görə dünya lideri olan bir ölkənin əhalisi haqqında konkret söz demək məncə, həqiqətə uyğun olmaz. Mən insanlar haqqında danışanda hər zaman öz ətrafımdan danışıram ki, yenə deyirəm, ümumi olaraq danışmaq düzgün olmaz. Ətrafımdakı insanlar etibarlı, qarşılıqsız hörmət edən, “Haqq”ı bilməsələr də, haqqın yanında olur və ən əsası, dəqiq olurlar. Maraqlı bir adətlərini danışım. İlk gün bura gələndə axşama doğru havada atəşfəşanlıq olduğunu gördüm. “Hər halda, bayramdır” dedim. Bu, bir iki-üç gün davam edincə, “Çinə hər gün bayram olur” fikirləşdim. Sonradan öyrəndim ki, hər məhəllənin komendantı axşamlar atəşfəşanlıq edib “özlərinə görə” mənfi enerjini evlərindən, küçələrindən qovurmuş...
- Aldığınız xarici təhsilin önəmi barədə nə deyərdiniz? Ürəyinizcədirmi?
- Bu gün Azərbaycanda ali təhsil dedikdə, bizim sahə ilə bağlı daha çox, ADA, Qafqaz Universiteti, Baki Ali Neft Məktəbi yada düşür. Mən özüm də bakalavr təhsilimi Azərbaycanda aldığımdan bunun şahidiyəm. Ancaq bu gün xaricdə təhsil alan bir tələbə kimi deyə bilərəm ki, xaricdə təhsillə müqayisədə fərqimiz çoxdur və bu fərqi yox etmək üçün biz hələ çox çalışmalıyıq. Burada isə müəllimlərin tələbələrlə münasibəti, verdikləri təhsil fərqi və tələbə ilə “sovet prinsipi” ilə deyil, sinifdə müəllim-tələbə, çöldə dost və sair bu haqda çox müsbət prinsiplərə əsaslanır. Ən son olaraq isə sənə günün 24 saatında mobil telefonun zəng etmək üçün şərait qurmasıdır. Universitetdə keçdiyimiz hər dərsin öz laboratoriyası olur ki, bu da nəzəriyyədən çox, praktikaya üstünlük verildiyini göstərir.
- Xaricdə təhsil və Azərbaycanı təmsil etmək baxımından gənclərə, tələbələrə nələri tövsiyə edərdiniz?
- Fikrimcə, xaricdə təhsil almağa gedən hər bir gənc tələbənin təhsillə yanaşı millətini, Vətənini, bayrağını düzgün təmsil etməsidir. Burda hər bir millətdən tələbələr olduğu üçün çox asanlıqla sənin Vətənin haqqında müsbət və ya mənfi fikirlər yaranır. Bu cür hadisələri düzgün şəkildə analiz etməli, bir az sonranı düşünməlidir. Çində təhsil almaq istəyən tələbələrə isə tövsiyəm budur ki, burda təhsilinə davam edən və ya bitirib hal-hazırda Azərbaycanda olan dostlarla görüşüb müəyyən məsləhətlər alsınlar. Çin mədəniyyətini nəzəri olaraq az da olsa öyrənsinlər. Sosial şəbəkələrdə aktiv olan bir sıra belə tələbəmiz var. Düşünməsinlər ki, belə tələbələrimiz və ya məzun olmuş tələbələrimiz yoxdur. Kifayət qədər say göstərmək olar.
- Gənclərin və yeniyetmələrin mənəvi inkişaf etmələri və zamanın tələbinə uyğun formalaşmaları üçün hansı tövsiyələriniz ola bilər?
- Açığı, bu sual bir az mənim üçün çətin oldu. Amma bacardığım qədər cavablayacam. İnsanlığın İftixar Tablosu olan Peyğəmbərimizdən bir hədisi xatırlatmaq yerinə düşərdi. “İnsan dostunun dini üzrədir. Elə isə hər biriniz, kiminlə dostluq edəcəyinə diqqət etsin”. Dost sözünün mənası da nəsihət edən deməkdir. Ona görə də bu gün gənclərimizin ətrafında kimlərin olmasına diqqət etməlidirlər. Hər zaman bir-birimizə düzgün nəsihət verə biləcək dostlar seçə bilməliyik. Günümüzün ən yaxın dostlarından olan sosial şəbəkələrdən isə düzgün qaynaqlardan düzgün məlumatlar öyrənməklə istifadə etməyi bacarmalıyıq. Bu gün günümüzdə kifayət qədər sağlam düşüncəli savadlı gənclərimiz çoxdur. Bu gənclərə nəzər yetirsək elm, təhsildən kənar, çox gözəl mənəvi atmosferə malikdirlər. Bu da onların heç də zamanın tələbinə uyğun formalaşmasına mane olmur və əksinə, zamanla rəqabət edən də həmin o gənclərdir.
- Təhsil aldığınız univeristeti bitirdikdən sonra Vətəndə, yoxsa oxuğunuz ölkədə qalmaq istəyirsiniz?
- İnşallah, təhsilimi sağ-salamat bitirib öz ölkəmə dönməyi planlayıram. Amma hər şey dəyişə bilər - magistr pilləsindən sonra doktoranturanı da burda oxumaq istərdim. Azərbaycanda universitetdə müəllim kimi fəaliyyətimi davam etdirmək gələcək planımın bir hissəsidir. Bunu universitetə sənədlərimi göndərəndə də qeyd etmişdim. Amma hər şeyi gediş göstərəcək.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”
12.05.2020
“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info