“Yaxın üç ildə Rusiya hərbi xərclərini 44 faiz artıracaq”
Tarix: 14.04.2014 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


“NATO ölkələri hərbi büdcələrini ixtisar etməyə məcbur olduqları halda, bu sferada ağırlıq mərkəzi cənub və şərqə keçəcək”

Almaniyanın “Deutsche Welle” qəzeti dünyada hərbi xərclərlə bağlı maraqlı yazı dərc edib. Yazıda qeyd edilir ki, hərbi xərclər Qərb ölkələrindən başqa, digər ölkələrin çoxunda artacaq. Bu fikirlər sülh problemlərini araşdıran beynəlxalq institut – SIPRI-nin məruzəsinə aiddir. Deyilir ki, 2013-cü ildə dünyada müdafiə xərcləri 1,9 faiz azalıb. Əsas səbəb Birləşmiş Ştatların hərbi xərcləri azaltmasıdır. Belə ki, ABŞ İraqdan orduları çıxarandan sonra hərbi xərcləri azaldıb.
Amma bu azalmanın fonunda ölkələrin çoxu hərbi ehtiyaclara sərmayələri artırırlar. Müdafiəyə qlobal xərclərin üçdəbiri payına düşən ABŞ-ın bu sahə üzrə xərcləri 2013-cü ildə 1,747 milyard dollar təşkil edib. Buna görə də müdafiə xərcləri ilə bağlı amerikan büdcəsinin ixtisarı “SIPRI”-nin illik statistikasına olduqca bərk təsir edib. Təşkilatın hesabına görə, müdafiə xərcləri təkcə silah istehsalını yox, həm də orduların və şəxsi heyətin saxlanmasına, təmir və tikintiyə və sair məsələlərə sərf olunan xərcləri ehtiva edir.
O da qeyd olunur ki, Rusiya hərbi xərclərini artırır. Qeyd edilir ki, NATO-ya daxil olan Qərbi Avropa ölkələri son bir neçə ildə baş verən iqtisadi böhrana görə hərbi xərcləri azaltmalı olublar. Təkcə Polşa və Almaniyadan başqa, qalanları hamısı bu addımı atmağa məcbur olub. Amma iqtisadiyyat tədbirlərinə baxmayaraq, alyans üzvləri hələ də silahlanmanın ən böyük sifarişçiləri olaraq qalmaqdadırlar. NATO üzvləri ilə ABŞ-ın birgə hərbi xərclərdə payı dünyadakı hərbi xərclərin üçdəikisini təşkil edir.
Yazıda o da qeyd edilir ki, son 15 ildə ÜDM-də hərbi xərclərin payına görə Rusiya ABŞ-dan irəlidə olub. Qeyd edilir ki, buradan da görünür ki, Rusiya daha çox səylər göstərir ki, hərbi qüdrətini bərpa etsin. Yazıda yer alan fikirlərə görə, Rusiya ikinci ən böyük nüvə dövləti kimi qalmaqdadır.

“2015-ci ildə Çin müdafiə xərclərinə 159,6 milyard dollar sərf edəcək ki, bu da Böyük Britaniya, Almaniya və Fransanın birgə xərclərindən çoxdur”

Rusiya ordusu sayına görə ən çoxsaylı ordudur. Təchizatına görə isə Rusiya silahlı qüvvələri “ortabab” sayılır. Yaxın üç ildə isə Rusiya hərbi xərclərini 44 faiz artırmış olacaq. Bunu beynəlxzalq analitik firma “IHS”-da hesablayıblar. 2016-cı ildə hərbi büdcə xərcləri ötənilki 68 milyard dollardan 98 milyard dollara qalxacaq. Bu barədə isə gündəlik icmal olan “Jane`s Annual Defence Budgets Review” bildirib.
Bu planları ilə Rusiya müdafiə xərclərinə görə dünyada üçüncü yeri tutur. Birinci və ikinci yerləri isə müvafiq olaraq ABŞ və Çin tuturlar.
NATO ölkələri hərbi büdcələrini ixtisar etməyə məcbur olduqları halda, bu sferada ağırlıq mərkəzi cənub və şərqə keçəcək. Bu, 2014-cü ildə baş verəcək. “IHS” analitikləri proqnozlaşdırırlar ki, Rusiya, Asiya və Yaxın Şərq ölkələri qlobal hərbi xərcləri artırmış olacaqlar.
2015-ci ildə Çin müdafiə xərclərinə 159,6 milyard dollar sərf edəcək ki, bu da Böyük Britaniya, Almaniya və Fransanın birgə xərclərindən çoxdur.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb
28.05.2020
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat
28.05.2020
Prezident: “Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik“
28.05.2020
Prezident: “Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi“
28.05.2020
“O vaxt Azərbaycanın başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info