100 Qarabağ və 20 Yanvar əlili minik avtomobilləri ilə təmin edildi
Tarix: 16.04.2014 | Saat: 10:34:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, növbəyə durmuş Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin cari il ərzində avtomobillə tam təmin olunması istiqamətində işlərin davamı olaraq, aprelin 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 nəfər bu kateqoriyadan olan şəxs “Naz-Lifan” markalı minik avtomobilləri ilə təmin edilib. Həmin şəxslərin 95 nəfəri Qarabağ müharibəsi, digərləri 20 Yanvar əlilləridir. Beləliklə də, 2014-cü ilin 01 yanvar tarixinə növbədə dayanmış 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 200 nəfəri avtomobillə təmin olunub və növbədə olan 475 nəfər vətəndaşın da cari ilin sonuna qədər xüsusi avtonəqliyyatla təminatı başa çatdırılacaq. Avtomobillərin açar və sənədlərinin təqdim olunması zamanı Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanların rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb. Bu təbəqədən olan vətəndaşların dövlət hesabına mənzillə, minik avtomobili ilə təminatı, onların maddi təminatının gücləndirilməsi sahəsində görülən işlərdən danışılıb. Qeyd olunub ki, bu gün verilən maşınlar da daxil olmaqla minik avtomobili alan əlillərin sayı artıq 4 mini ötür.
Tədbirdə ürək sözlərini ifadə edən Qarabağ müharibəsi və 20 Yanvar əlilləri əlilliyi olan şəxslərə dövlət qayğısından razılıqla söz açıblar. Onlar Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara təyin olunan Prezident təqaüdlərinin, habelə sosial müavinətlərin cari ilin 1 aprel tarixindən artırılmasının bu təbəqədən olan insanlara növbəti Prezident qayğısı olduğunu vurğulayıblar. Bu gün verilən avtomobillərin onların həyatına rahatlıq gətirəcəyini qeyd edən əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Cari ilin birinci yarımilində 37,6 min işsiz və işaxtaran şəxs işlə təmin edilib
17.07.2018
Bakı şəhərinin baş planı hazırlanır
17.07.2018
Əlil arabaları əlilliyi olan şəxslərə yaşadıqları rayonlarda təqdim olunub
17.07.2018
“Duz” gölündə ekoloji təmizlik təmin edilir
17.07.2018
Məcburi köçkünlərlə növbəti görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9644

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info