ADİU-da orta ixtisas təhsil müəssisələri üçün təlimlərə start verilib
Tarix: 16.04.2014 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində “Orta ixtisas təhsil müəssisələri üçün tyutor hazırlığı” təlimlərinə start verilib. Təhsil Nazirliyinin xətti ilə təşkil olunan layihə unuversitetin təcrübəli və bilikli təlimçiləri tərəfindən həyata keçirilir.
Təlimlərin açılışında ADİU-nun rektoru, professor Ədalət Muradov və təhsil nazirinin müşaviri İlham Pirməmmədov iştirak ediblər. Rektor bildirib ki, bu təlimlər Prezidentin təsdiqlədiyi “Azərbaycan Respublikasında təhsilin inkişaf üzrə Dövlət Strategiyası”na əsasən tətbiq edilən təhsildə kredit sisteminin tərkib hissəsidir. Ə.Muradov vurğulayıb ki, bu strategiya ilə Azərbaycanda təhsil sferasının islahatları və modernləşməsinin keyfiyyətcə yeni mərhələsi başlanıb. Boloniya sistemində tyutorların əhəmiyyətindən danışan rektor bildirib ki, təlim prosesində təcrübəyə də xüsusi yer veriləcək. Təlim iştirakçıları tədrisin təşkilində və imtahan sessiyalarının gedişatında iştirak edəcəklər. Təhsil nazirinin müşaviri İlham Pirməmmədov isə deyib ki, tyutor sistemi ADİU-da müvəffəqiyyətlə tətbiq olunduğu üçün təlimlərin keçirilməsini məhz bu universitetə həvalə olunub. Qeyd edək ki, ilk dəfə təşkil olunan təlim respublikada fəaliyyət göstərən 45 orta ixtisas müəssisəsi üçün nəzərdə tutulub. Dinləyicilər iki ay ərzində Boloniya prosesi, respublikamızda təhsilin inkişafı üzrə dövlət strategiyası, tədris prosesinin təşkili, onun mexanizmi, yay semestrlərinin təşkili, tələbə və müəllimlərin mobilliyi, tələbələrin hüquq və vəzifələri haqqında ətraflı məlumat və biliklər əldə edəcəklər. Təlim ən müasir, interaktiv üsullarla aparılır, üstünlük təşkil edən praktiki dərslərin sayəsində gələcək tyutorların peşəkar bilik və səriştəsinin artırılmasına zəmin yaradır. Kursun strukturu və məzmunu “Orta ixtisas tədris müəssilərində kredit sistemi ilə tədrisin təşkili qaydaları”na əsasən tərtib edilib.
Kursun sonunda imtahanları müvəffəqiyyətlə verən iştirakçılara sertifikat təqdim olunacaq.

ADİU-da Almaniyanın Siegen Universiteti ilə birgə təşkil olunan
“Yay Məktəbi”nin açılışı olub


ADİU-da “Sahibkarlıq və KOS – Biznesin prinsiplərı: Biznesin Yaradılmasının Əsasları” mövzusunda yay məktəbinin rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə ADİU-nun rektoru, professor Ədalət Muradov, Almaniyanın Azərbaycandakı Səfirliyinin daimi müşaviri Völfqanq Mössincer, DAAD-ın Bakıdakı Nümayəndəliyinin rəhbəri xanim Nikola Ulliş və Siegen Universitetinin “Sahibkarlıq və Ailə Biznesi” Kafedrasının rəhbəri, professor Petra Moog iştirak edib.
“Yay Məktəbi”ni açıq elan edən universitetin rektoru Ədalət Muradov Almaniyanın Siegen Universiteti ilə birlikdə təşkil olunan məktəbin açılışı münasibətilə hər iki universitetin nümayəndələrini təbrik edib. Rektor bu layihənin həm universitlərarası, həm də ölkələrarası əlaqələrin və dostluğun möhkəmlənməsində rolunu vurğulayıb.
Almaniyanın Azərbaycandakı Səfirliyinin daimi müşaviri Völfqanq Mössincer bundan sonra da ADİU və Almaniyanın ali təhsil müəssisələri arasında həyata keçiriləcək layihələri səfirliyin dəstəkləyəcəyini deyib.
DAAD-ın Bakıdakı Nümayəndəliyinin rəhbəri xanim Nikola Ulliş isə gələcəkdə də bu cür layihələrin həyata keçirilməsinin, həmçinin Azərbaycanda təhsil alan alman tələbələrinin sayının artırılmasının zəruriliyindən danışıb.
Xatırladaq ki, ADİU ilə Almaniyanın Siegen Universiteti arasında 2007-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində davamlı tələbə və müəllim mübadiləsi həyata keçirilir. İndi ADİU-nun 1 tələbəsi və 2 magistrantı Siegen Universitetində bir semestrlik təhsil alır. Bu "Yay Məktəbi" də iki universitet arasındakı əməkdaşlığın növbəti mərhələsidir. “Sahibkarlıq və KOS – Biznesin prinsiplərı: Biznesin yaradılmasının əsasları”fənninin intensiv tədrisinə həsr olunacaq Yay Məktəbində ADİU-nun 25, Siegen Universitetinin isə 5 tələbəsi iştirak edir. Fənni Siegen Universitetinin professoru xanım Petra Muq tədris edir.
"Yay Məktəbi"ni uğurla başa vuran tələbələr müvafiq kreditlər əldə edəcəklər. "Yay Məktəbi" aprelin 19-dək davam edəcək və iki hissədən ibarət olacaq. Nəzəri hissənin tədrisindən sonra layihə iştirakçılarının Azərbaycanda fəaliyyət göstərən kiçik və orta sahibkarlarla görüşünün təşkili, eləcə də bir sıra yerli şirkətə ziyarətlərin həyata keçirilməsi nəzərdə tutulub. Layihənin davamı olaraq, oktyabr ayında ADİU-nun 5 tələbəsi və 20 alman tələbənin iştirakı ilə Siegen Universitetində Qış Məktəbinin keçirilməsi nəzərdə tutulub. Qış Məktəbinə ADİU-nun bir professorunun da mühazirəçi qismində cəlb olunması planlaşdırılır.
Gələcəkdə ADİU ilə Siegen Universiteti arasında birgə magistratura proqramının yaradılması istiqamətində də ilkin razılıq əldə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info