Müdafiə xərclərimiz 40 faizə qədər artıb
Tarix: 18.04.2014 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Azərbaycanda bu ilin birinci rübündə müdafiə xərcləri 40 faizə qədər artıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 2014-cü ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 38,8 faiz (111,5 mln. manat) çox vəsait yönəldilib.
Funksional təsnifata uyğun olaraq 2014-cü ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə həmçinin mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 31,0 faiz (12,1 mln. manat), səhiyyə xərclərinə 18,6 faiz (17,4 mln. manat), məqliyyat və rabitə xərclərinə 16,0 faiz (1,9 mln. manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 12,2 faiz (233,6 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 56,4 faiz (22,6 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 11,1 faiz (20,7 mln. manat), təhsil xərclərinə 8,5 faiz (21,4 mln. manat), sosial müdafiə və sosial təminat 1,4 faiz (7,4 mln. manat) çox vəsait yönəldilib.
2014-cü ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4482,7 mln. manat, xərcləri 4374,3 mln. manat olmuş, 108,4 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
2014-cü ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 4233,3 mln. manat proqnoza qarşı 4374,3 mln. manat icra edilib.
Dövlət büdcəsi xərclərinin 29,1 faizi və yaxud 1271,9 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 108,1 mln. manat və yaxud 9,3 faiz çoxdur.
Bu ilin ilk 3 ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidənqurulmasına, yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 731,3 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1457,1 mln. manat vəsait yönəldilib.
2014-cü ilin birinci rübündə icmal büdcənin gəlirləri 5433,3 mln. manat, icmal büdcənin xərcləri isə 4965,6 mln. manat icra olunub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz və yaxud 59,6 mln. manat çoxdur.
Məlumata görə, 2014-cü ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4225,8 mln. manat proqnoza qarşı 4482,7 mln. manat və yaxud 106,1 faiz (256,9 mln. manat çox) icra olunub.
Azərbaycan Respublikası Vergilər Nazirliyi mədaxil proqnozunu 107,1 faiz icra etməklə dövlət büdcəsinə 1762,8 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 117,3 mln. manat, 2013-cü ilin eyni dövrü ilə müqayisədə isə 239,5 mln. manat və yaxud 15,7 faiz çoxdur.
2014-cü il birinci rübündə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl edərək büdcəyə 330,4 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz və yaxud 40,9 mln. manat çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 46,9 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 mln. manat və yaxud 2,9 dəfə çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə 2342,6 mln. manat vəsait transfert edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
ADRA ölkəyə xaricdən yeni reklam qurğuları gətirir
16.10.2018
Astaranın Səncərədi kəndində körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib
16.10.2018
Lənkəran Dövlət Universiteti üçün yeni yataqxana binası tikilir
16.10.2018
Qusarın üç kəndində modul tipli məktəb binaları istifadəyə veriləcək
16.10.2018
9083 nəfərə reabilitasiya xidmətləri göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10271

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info