Binəqədi rayonunda kütləvi qanvermə aksiyası keçirilib
Tarix: 18.04.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


17 aprel Dünya Hemofiliya Günü ilə əlaqədar dünyanın 116 ölkəsində silsilə tədbirlər keçirilir: “Məqsəd uşaqları keyfiyyətli müalicəyə cəlb etməkdir. Hemofiliya irsi qan xəstəliyidir. Qanın laxtalanma faktorlarının çatışmazlığı nəticəsində, müalicə olunmadığı təqdirdə hemofiliyalı uşaq erkən yaşlarında əlil olur və ölümlə üz-üzə qalır” –deyə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova bildirib.
17 aprel Ümumdünya Hemofiliya Günü ilə bağlı Binəqədi rayonunda da “Qan Ver, Həyat Xilas Et!” şüarı altında kütləvi qanvermə aksiyası keçirilib. Aksiyada Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının yerli təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada icra başçısı Xaləddin İsgəndərov, icra başçısının müavinləri və Aparatın əməkdaşları, YAP üzvləri, Gənclər və idman idarəsinin əməkdaşları və sakinlər iştirak ediblər.
“Qan Ver, Həyat Xilas Et!” şüarı altında keçirilən könüllü qanvermə aksiyasında iştirak edənlər bu humanist tədbirin mühüm əhəmiyyət kəsb etdiyini, xüsusilə də hemofiliya və talassemiya xəstəliyi daşıyıcılarının şəfa tapması istiqamətində mühüm insanlıq aksiyası olduğunu vurğulayıblar.

Səhiyyə Nazirliyi Elmi-Praktiki Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova hazırda ölkə üzrə 1500-dən çox hemofiliyalı xəstənin qeydiyyatda olduğunu deyib: “Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb. 2003-cü ildə bu xəstələrin sayı 1006 nəfər idisə, 2013-cü ilin sonuna qədər xəstələrin sayı 50 faiz artıb. Qeydiyyata alınmayan hemofiliyalı xəstə uşaqların sayı 4-5 dəfə çoxdur”.
Gülnarə Hüseynova isə hemofiliyalı xəstələrin respublika üzrə yaş kateqoriyalarını açıqladı: “Elmi Praktik Hemofiliya Mərkəzinin məlumatına görə, Azərbaycanda 1500-ə qədər irsi qan xəstəliyi olan hemofiliyalı vətəndaş var. Respublikada regionlara görə, xəstələrin sayı dəyişir. Məsələn, Şirvan bölgəsində 188 xəstə olduğu halda, Gəncəbasar bölgəsində 221 xəstə yaşayır”.
Assosiasiya rəhbərinin sözlərinə görə son illərdə dövlətin göstərdiyi diqqət və qayğı sayəsində xəstələr keyfiyyətli dərman preparatları ilə təmin olunub. Nəticədə son 5 ildə xəstə uşaqların arasından məktəbi bitirən, ali təhsil alan vətəndaşlar olub. Deməli, əgər dərman preparatları və keyfiyyətli müalicə varsa, bu xəstə uşaqlar və yeniyetmələrin sağlamlığını qoruyub saxlamaq olar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info