Amerikalılar Orta Asiyaya lazımdırmı?
Tarix: 24.04.2014 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Aşqabadda Orta Asiya ölkələri ilə ABŞ-ın ticarət və iqtisadi əməkdaşlığı çərçivəsində brifinq keçirilir. Tədbirdə regionun bütün respublikalarının nümayəndə heyəti ilə yanaşı, Amerikanın yüksək çinli səlahiyyətliləri də iştirak edirlər.
KİV-in məlumatına görə, 4 gün davam edəcək brinfinqin əsas müzakirə məsələlərindən biri, bəlkə də əsası, Orta Asiya respublikalarının ÜTT-yə qoşulması prosesində ABŞ-ın yardımı ilə investisiya mühitinin yaxşılaşdırılması məsələsidir.
Əlbəttə, bölgənin iqtisadiyyatında investisiyaların keyfiyyətinin artırılması, həqiqətən lazımdır, lakin Amerika tərəfinin bu məsələdə tərəflərə necə yardımçı olacağı naməlum qalır. Məsələnin kökünə varanlar, Qırğızıstanın “Kumtor” qızıl yatağının timsalında əsaslandırmağa çalışırlar ki, əgər biz Vaşinqton investisiyası haqqında danışırıqsa, onda Ukraynanın kədərli təcrübəsini də nəzərə almalıyıq.
Qeyd edək ki, Qırğızıstanın İssık-Kul vilayətində yerləşən “Kumtor” qızıl yatağını mərkəzi ofisi Kanadada yerləşən “Centerra Golg İnc.” şirkəti işlədir. Bu şirkətlə müqaviləni 2009-cu ildə Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev imzalayıb. Qırğızıstan əhalisi müqavilənin şərtlərindən narazıdır. Belə ki, Kanada şirkəti gəlirin 54 faizini özünə götürür. Cəmi 46 faizini isə Qırğızıstana verir. Eyni zamanda İssık-Kul sakinləri Kanada şirkətinin qızıl hasilatı zamanı ətraf mühiti çirkləndirdiyini bildirir . 2013-cü ilin may ayında “Kumtor” yatağına görə Qırğızıstanın həmin bölgəsində iğtişaşlar baş verib. Yerli əhali yolu bağlayıb, yerli hakimiyyət orqanı rəhbəri girov götürülüb, Kanada şirkətinə məxsus maşınlar yandırılıb, polislə toqquşmalar olub. Əhali Kanada şirkətinin İssık-Kuldan qovulmasını tələb edib. Qırğızıstanın mərkəzi hakimiyyəti qızıl yatağına görə bağlanmış müqavilənin şərtlərinin ədalətsiz olduğunu qəbul edir. Bu müqaviləyə görə, Bakiyevin hökumətində yer alan keçmiş fövqəladə hallar və ətraf mühit nazirləri barəsində cinayət işi qaldırılıb.
Məsələnin başqa tərəfi, Orta Asiya respublikalarının Ümumdünya Ticarət Təşkilatı qəbuluna gəldikdə, burada iki aspekti nəzərə almaq lazımdır: formal və praktiki. Formal hissəsinə gəldikdə, ABŞ region ölkələrini, bəlkə də peşəkar mütəxəssislərlə təmin edə bilər. Lakin unutmaq lazım deyil ki, bu ölkələrin inkişafına real yardımı Amerika deyil, Rusiya, Çin və Avrasiya məkanının digər ölkələri göstərir.
Brifinq iştirakçıları olan regionun bəzi nümayəndələri bu tədbiri amerikalı qonaqlara hörmət əlaməti olaraq, dünyada qəbul edilmiş "etiket qaydaları"na riayət kimi xarakterizə edirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Erməni hakimiyyəti altındakı yeni bir “bomba”
19.10.2018
“Seçkilərdən sonra Paşinyanın Rusiya ilə bağlı əsl niyyəti ortaya çıxacaq”
19.10.2018
Rusiya telekanalında Azərbaycan haqqında süjet göstərilib
18.10.2018
Samsunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konfrans keçirilib
18.10.2018
Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10298

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info