“Barselona” qapıçı axtarır
Tarix: 25.04.2014 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


Eyni zamanda iki qapıçısını itirmək təhlükəsi ilə üzləşən “Barselona” axtarışlara başlayıb. Kataloniya klubu “Malaqa”nın qapıçısı Kabalyeroya göz dikib.
“Barselona”nın əsas qapıçısı Viktor Valdes ciddi zədələnib və 9 ay müddətinə sıradan çıxıb. Bundan əlavə, o, hələ bir neçə ay öncə mövsümün sonunda komandanı tərk etməyə hazırlaşdığını bəyan etmişdi. Bir neçə gün öncə Valdesin əvəzedicisi Pinto da mövsümün sonunda Kataloniya klubunu tərk edəcəyini açıqlayıb. 2007-ci ildə “Barselona”ya keçən 38 yaşlı Pinto komanda ilə yeni müqavilə imzalamaq istəmir. Valdes və Pintonun boşluğunu doldurmaq üçün “Barselona” yeni axtarışlara başlayıb. Kataloniyalıların diqqəti “Malaqa”nın heyətində çox gözəl oyun nümayiş etdirən Kabalyeroya yönəlib. 32 yaşlı qapıçı “Barsa”nın idman direktoru Andoni Subisarettanın çox xoşuna gəlir. Yeni oyunçular almaq hüququnu qaytaran Kataloniya klubu “Malaqa”nın Kabalyero üçün böyük məbləğ istəməyəcəyinə ümid edir. “Barselona”nın bir nömrəli qapıçısı postuna əsas namizəd Menxenqladbax “Borussiya”sının qapıçısı Mark-Andre ter Şteqendir. Amma kataloniyalılar Kabalyeronu bütün hallarda almağa ümid edirlər.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Azərbaycan tennisçisi ilk dəfə Avropanın istedadları siyahısına daxil edilib
18.10.2019
Türk dünya çempionu Azərbaycanı təbrik etdi
18.10.2019
Dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulur
17.10.2019
“Traktor” “Barış Pınar”ına dəstək olan futbolçuya sahib çıxdı
17.10.2019
Gənclər arasında dünya çempionatında 2 cüdoçumuz mübarizəyə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info