Ət xərçəng riskini artırır?
Tarix: 28.04.2014 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Bundan əvvəl aparılan araşdırmaların çoxu qırmızı ətin sağlamlığa zərər olduğunu göstərib
Lakin yeni araşdırmalar emal edilmiş ətin xərçəng xəstəliyi riskini artırdığını müəyyən edib.
Cənubi Kaliforniya Universitetindən Ceyn Fiqeyredonun dediyinə görə, həftədə beş porsiyadan artıq emal edilmiş ət yeyən xüsusi genə malik insanlarda kolorektal xərçəng riski iki dəfə artıq olur. Kolorektal xərçəng dünya boyu ən çox yayılmış və ən çox ölümə səbəb olan xərçəng növüdür.
Milli.Az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar, Kanada, Avstraliya və Avropada 1800 insan üzərində 10 araşdırma aparılıb ki, bu da ət yeyən insanlarda nitratların artıq olduğunu göstərib.
“Qurudulmuş, hisə verilmiş, bişmiş və ya qablaşdırılmış ət məmulatlarından yaranan xəstəliklərin müalicəsi var. Lakin biz bekon, vetçina, kolbasa, sosiska və paştet kimi məmulatları araşdırırıq”, - deyə Fiqeredo bildirir.
Alimlər kolorektal xərşəngə tutulmuş 9 min insanın qanı ilə xəstə olmayan 9 min insanın qanlarındakı eyni genomu müqayisə edib. Kolorektal xərçəng 30 gen növünün birləşməsi ilə yaranan mürəkkəb bir xəstəlikdir. Tədqiqatların nəticələri bu genlərin iki variantına malik olan və hər gün emal edilmiş ət yeyən insanlarda kolorektal xərçəng riskinin yüksək olduğunu göstərib.
Figeredo bu səbəbdən qanda zərərli hüceyrələrin və ya spesifik genlərin artdığını deyir. “Bu, hər üç nəfərdən birində baş verir. Emal edilmiş ət yeyən insanların riski yüksəkdir, belə ki, bu ət məhsulları kanserogen maddələrə malikdir”.
Doktor Figerendonun dediyinə görə, emal edilmiş ətlərin istehlakı hər halda məhdudlaşdırılmalıdır.
Figeredonun komandası sistematik şəkildə təhqiqat iştirakçılarının genetik variasiyalarını ət, meyvə və tərəvəz istehlakı ilə əlaqələndirir. Bu, genlərin yeməkdən asılı olaraq dəyişməsi ilə bağlı ilk elmi araşdırmadır.




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
Sən demə, çayı qənd, bal və limonla içmək olmaz
12.07.2018
Əhali yerli istehsal hesabına keyfiyyətli dərmanlarla təmin olunacaq
12.07.2018
Badımcanın yeni faydası aşkar olunub
07.07.2018
Damarların daralması və yüksək təzyiq zamanı sarımsaq cövhəri
06.07.2018
Şaftalı suyunun faydaları

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9641

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info