“Azərbaycan forumlar, simpoziumlar meydanına çevrilib”
Tarix: 28.05.2014 | Saat: 01:46:00 | E-mail | Çapa göndər


Akif Əlizadə: “Elmimizin prioritetlərinə
ətraf mühiti, iqlim dəyişkənliyini, su resurslarını öyrənmək kimi
sahələr daxildir”

Bakıda Dünya Gənc Alimlərinin "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" başlığı altında Beynəlxalq Bakı Forumu öz işinə başladı.

Qeyd edək ki, forumun təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, UNESCO-nun Azərbaycan Milli Komissiyası, "Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətidir.
Qeyd edək ki, dünyanın 95 ölkəsindən 500-ə qədər gənc alimin Bakıda bir araya gəlməsi böyük əhəmiyyət kəsb edir. Tədbirin açılışında Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin Bakıda Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumu iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu.
Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirdi ki, Azərbaycan son 10-15 il ərzində forumlar, simpoziumlar meydanına çevrilib. Onun sözlərinə görə, il ərzində bir neçə forumlar, simpoziumların keçirilməsi Azərbaycanın dünyada imicinin yüksəlməsinə, artmasına xidmət göstərir. AMEA prezidenti diqqətə çatdırdı ki, bu gün elm mütləq təmasda, inteqrasiya və birlikdə aparılmalıdır: “Yalnız təmasda yeni elmi nəticələr yarana bilər. Azərbaycan elminin inkişafı üçün prioritetlər müəyyənləşib. Burada gənc alimlərin iştirakının təmin olunmasına çalışırıq. Prioritetlər arasında beynəlxalq elm aləmində qəbul olunmuş prioritetlər də öz əksini tapıb. Prioritetlər içərində bir çox istiqamətlər var. Bunlara dünya qlobal şəraitdə bizi əhatə edən ətraf mühiti, iqlim dəyişkənliyi, su resurslarını öyrənmək kimi sahələr daxildir. Təbii resurslar- neft-qaz zəngin və dərin öyrənilmiş istiqamətdir. Amma su problemi prioritet olaraq qalmaqdadır. Gənclik su resurslarının problemini öyrənməli və beynəlxalq aləm üçün də əhəmiyyətli olan sahələrdə fəaliyyət göstərməlidir”.
Gənclər və idman naziri Azad Rəhimov isə bildirdi ki, nazirlik gənclər arasında elmin populyarizasiyasında fəal rol oynayır: “Bizim məqsədimiz gənc nəslin elmə marağını artırmaq, onlarda elmin prinsiplərinə maraq oyatmaqdır. İnanırıq ki, Bakı Forumunun iştirakçıları gələcək nəsillərdə bu marağı oyada biləcək, onları öz arxalarınca apara biləcəklər. Dünya forumunun əsas məqsədi dünya gənc alimlərini bir araya gətirərək müxtəlif ölkə və sahələrin nümayəndələri arasında iş birliyinin yaradılması, mövcud gənc alimlər şəbəkələrinə dəstəyin verilməsidir. Forumdan gözlədiyimiz budur ki, o, Azərbaycan tədqiqatçıları və alimlərinin dünya elminə inteqrasiyasını sürətləndirəcək və mövcud alimlər şəbəkələrinin işinə öz töhfəsini verəcək”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə bildirdi ki, Azərbaycanın dünya elm və təhsil məkanına inteqrasiyası belə beynəlxalq tədbirlərin Bakıda keçirilməsinə şərait yaradır: “Dünyanın 95 ölkəsindən 500-ə qədər gənc alimin Azərbaycanın paytaxtı Bakıda bir araya gəlməsi böyük əhəmiyyət kəsb edir. “Dünya elmində yeni çağırışlar: gənc alimlərin birgə yanaşmaları” mövzusunda Beynəlxalq Bakı forumu Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində reallaşıb.
İ.Orucov forumda son elmi nailiyyətlərlə bağlı müzakirələr aparılacağına, qonaqların Azərbaycandan xoş xatirələrlə qayıdacaqlarına əminliyini bildirdi.
Tədbirin davamında UNESCO-nun Azərbaycan Milli Komitəsinin baş katibi Günay Əfəndiyeva və digər qonaqlar forumun əhəmiyyətindən danışdılar.
Qeyd edək ki, forumun keçirilməsində məqsəd müxtəlif ölkələrin elmi istiqamətlərinin nümayəndələri arasında əməkdaşlığın və partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə və yeni ideyaların mübadiləsi üçün əlverişli şəraitin yaradılması, yeni əlaqələrin qurulmasıdır. Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunda ümumilikdə 400-ə yaxın gənc alim iştirak edir. Forum mayın 29-dək davam edəcək. Tədbirin proqramı çərçivəsində qonaqların Bakının tarixi-memarlıq abidələri ilə tanışlığı, eləcə də Azərbaycanın regionlarına səfərləri nəzərdə tutulub.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.09.2018
“Sabah.com.tr”:“İşğalçılar sərhədlərimizi açmamızı gözləməsinlər”
14.09.2018
“ArmenianReport”: “Ermənistan əks-inqilab təhlükəsi ilə üz-üzədir”
11.09.2018
“Dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər uşaqlarda psixoloji zədələr yaradır”
07.09.2018
«ArmenianReport»: «Rusiya bizim daxili işlərimizə qarışmamalıdır»
01.09.2018
Azərbaycan və Rusiya arasında 15 sənəd imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info