Ukrayna-Rusiya sərhədində gərginlik
Tarix: 06.06.2014 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Ukrayna-Rusiya sərhədindəki “Marinovka” nəzarət-buraxılış məntəqəsində (Donetsk vilayəti) ötən gün qızğın döyüş olub.
“UNİAN”ın verdiyi xəbərə görə, Rusiya ərazisindən Ukrayna Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinə hücum edən silahlılar “BTR” və üzərində iriçaplı pulemyotların quraşdırılmış “KamAZ” yük maşınlarında hərəkət ediblər. Ukrayna ərazisində isə eyni vaxtda 100-dən çox silahlı separatçı nəzarət-buraxılış məntəqəsinə hücuma keçib.
Məlumata görə, qeyd olunan ərazidə bir neçə saat davam edən şiddətli döyüş nəticəsində 5 ukraynalı sərhədçi yaralanıb.
Ukrayna Silahlı Qüvvələri dərhal və planlı hadisəyə reaksiya verib. Belə ki, hadisə yerinə operativ şəkildə cəlb olunan Ukrayna hərbi aviasiyası hücum edənlərin mövqelərinə 2 dəfə zərbələr endirib. Həmçinin sərhədçilərə kömək məqsədi ilə qeyd olunan əraziyə ordu birləşməsi yola salınıb. Silahlıların çoxlu sayda itki verdiyi bildirilir.
Məlumata görə, döyüş zamanı hücum edənlərə məxsus “Ural” markalı yük maşını, 2 “KamAZ” markalı yük maşını və 1 “BTR” vurularaq sıradan çıxarılıb.
“UNİAN” qeyd edir ki, aviasiyanın zərbələrindən sonra hücumda iştirak edən terrorçuların bir qismi geriyə, yəni Rusiya ərazisinə çəkilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Ermənistan 7 milyardlıq xarici borcu necə ödəyəcək?
22.10.2018
Azərbaycanın media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb
22.10.2018
“Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu keçirilir
22.10.2018
Leyla İmanova Macarıstan prezidentinin “Qızıl xaç” ordeni ilə təltif edildi
22.10.2018
Rusiya ilə Ermənistan arasında böhran davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10312

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info