“The Wall Street Journal”: “Rusiyada antiamerikan əhvali-ruhiyyə yüksəlir”
Tarix: 06.06.2014 | Saat: 15:09:00 | E-mail | Çapa göndər
“Rəyi soruşulanların 71 faizi ABŞ-a pis və ya tamamilə pis münasibət bəsləyir”

ABŞ-ın “The Wall Street Journal” media oranı Rusiyada antiamerikanizm əhvali-ruhiyyəsinin yüksəldiyini yazıb. Yazıda qeyd edilir: “Rusiyada antiamerikan əhvali-ruhiyyə təkcə yüksək səviyyədə deyil. Bu hal həm də son 15 ildə ən maksimal səviyyəyə çatıb. Bu barədə Cümə axşamı keçirilmiş sorğunun nəticələri də deməyə əsas verir. Rusiyanın aparıcı tədqiqat mərkəzi olan Levada mərkəzi bəyan edib ki, rəyi soruşulanların 71 faizi ABŞ-a pis və ya tamamilə pis münasibət bəsləyir. Rusiya məmurları və dövlət KİV-ləri ABŞ-ı və qismən də Avropa Birliyini Ukraynada böhranın alovlanmasına görə günahlandırırlar. Qeyd olunur ki, məhz buna görə antiamerikan əhvali-ruhiyyəsi yüksəlib. Bir il öncə yalnız 38 faiz rəyi soruşulanlar ABŞ-ı dost olmayan ölkə kimi qeyd etmişdilər. Bu göstərici yanvarda 44 faizə, sonra isə martın əvvəlində 56 faizə, nəhayət, elə həmin ayın sonunda 61 faizə qalxmışdı. Həddindən artıq çox olan 61 faizlik göstərici Rusiyanın Gürcüstanla müharibəsi zamanı da özünü göstərib. O zaman Rusiyanın dövlət KİV-ləri Qərbi münaqişəyə qarışmaqda ittiham etmişdilər. İnanmaq çətindir ki, 1990-cı ilin aprelində , SSRİ son günlərini yaşayarkən, rusiyalıların yalnız 7 faizi “soyuq müharibə”də keçmiş düşmənə neqativ və ya kifayət qədər neqativ yanaşdıqlarını bildirmişdilər.
Avropa Birliyi ilə neqativ münasibətlər Rusiya KİV-lərində “həddindən artıq tolerant” adlandırılmaqla, güclənməkdədir. Avropa Birliyinə qarşı rəyi soruşulanların 60 faizi mənfi münasibət bəsləyir. Bir il öncə bu göstərici 23 faiz, 2003-cü ildə isə cəmisi 11 faiz olmuşdu. Keçmişdə qardaş dövlət kimi qəbul edilən Ukraynaya qarşı ruslarda neqativ münasibət isə 49 faizlik göstəriciyə yüksəlib. Rəyi soruşulanların yalnız 36 faizi bu ölkəyə pozitiv münasibətlərini bildiriblər: Bu, ilk dəfədir ki, pozitiv cavabların sayı 50 faizdən aşağı enib. Rusiyalılar Belarus, Çin və Qazaxıstanı Rusiyanın əsas dostları, ABŞ, Ukrayna və Litvanı isə əsas düşmənləri sayırlar.
Onu da qeyd edək ki, bu mənfi münasibət əslində birmənalı deyil. ABŞ müdafiə nazirinin kəşfiyyat məsələləri üzrə müavini Maykl Vikers bu həftə bəyan edib ki, Rusiya “revanşizmində” terrorizm, Suriyadakı situasiya, İranın və KXDR-in nüvə proqramında olduğu kimi uzunmüddətli təhlükə görünür. Bu barədə “Foreign Policy”də Tomas Riks yazır. ABŞ məmuru etiraf edib ki, onun tərəfindən işlədilən bu “revanşizm” termini tənqidlə üzləşib, amma Rusiyanın postsovet məkanında nüfuzunu göstərməsi ilə bağlı cəhdləri belə ifadə işlətməyə əsas verir: “Ukraynaya Rusiya müdaxiləsi yeganə hadisə deyil. Vikers 2008-ci ildə Gürcüstana edilən hücumu və Rusiya tərəfindən bu məqsədlə tətbiq edilən digər metodları – energetika şantajından tutmuş, kibermüharibə və qeyri-ənənəvi döyüş əməliyyatlarına qədər qeyd edib. O, “Rusiyanın davranlşlarındakı mahiyyət dəyişikliklərindən” irəli gələn hazırda baş verənləri kəşfiyyat üçün uzunmüddətli ağır problem kimi səciyyələndirib”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
ABŞ Türkiyəyə “S-400”-ün alternativlərini təklif edir
24.05.2018
Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir
23.05.2018
«Paşinyanın çıxışını diplomatdan daha çox, kütlə arasından çıxmış səbatsız bir kəsin çıxışı ilə eyniləşdirmək olardı»
23.05.2018
Gürcüstanda erməni bazar sahibi rüşvət üstündə yaxalanıb
22.05.2018
Paşinyana növbəti xəbərdarlıq

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info