Dünyanın ən qəribə idmançısı odur
Tarix: 17.06.2014 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Alman Mattias Şlitteni "birqollu Popay" adlandırırlar. Onun qollarından biri normal ölçüdədirsə, digər qolu güləşçi və ya ağırlıqqaldıran qolunu xatırladır.
16 yaşından bəri armrestlinqlə məşğul olan Mattiasın dediyinə görə, 10 il bu idmanla məşğul olduğu üçün sağ qolu anormal dərəcədə inkişaf edib.
27 yaşlı Mattias Şlittenin sağ qolu çox güclüdür və sınaqlardan birində xüsusi hazırlanmış robotun "qol"unu belə, yıxıb.
Bisepslərinin ölçüsü 46 sm olan Mattias indiyədək Almaniyanın 8 milli çempionatında qalib gəlib, 14 beynəlxalq turnirdə bütün rəqibləri üstələyib.
"Armrestlinqlə 16 yaşım olanda məşğul olmağa başladım. Günlərin birində yaşadığım Haldensleben şəhərində barlardan birinə getmişdim. Orada yaşadığım bölgənin armrestlinq yarışı keçirilirdi. Mən də qatıldım və sonra da bu idmandan ayrıla bilmədim. "Armrestlinq" deyəndə çoxlarının gözlərinin qarşısına səs-küylü pivə barları və sərxoş matroslar gəlir. Belə deyil", - Mattias Şlitte deyib.
Mattiası populyar animasiya filmi qəhrəmanı dənizçi Popaya bənzədirlər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
İslamda abort etdirməyə icazə verilirmi?
27.01.2020
Bu villada yaşayanlara yüksək maaş veriləcək
27.01.2020
Ətirlərin tərkibindəki bu maddə onkoloji xəstəliklər yaradır
27.01.2020
Finlandiyada uşaqlar azalır
27.01.2020
“Apple” kompüterlərini yoluxduran virus

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info