Stepan Qriqoryan: “Ermənistan daha Qafqazda faktor deyil”
Tarix: 23.06.2014 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


“Gömrük İttifaqı və Avrasiya İttifaqı daxilindəki oyun qaydaları Ermənistanın maraqlarına uyğun deyil. Bu birliklərə üzv olduqdan sonra Ermənistanda sürətlə bahalaşma olacaq ki, bu da ciddi iqtisadi çətinliklər yaradacaq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Ermənistana səfər edib. Lavrovun erməni həmkarı ilə keçirdiyi görüşdən sonra mətbuat konfransı keçirilib. Amma mətbuat konfransında səsləndirilən fikirlər erməni mətbuatının razı salmayıb. Ermənistan KİV-ləri yazır ki, Lavrov İrəvanı razı salacaq təkliflərlə gəlməyib. Ermənistan Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeganyan bildirib ki, Rusiyanın miqrasiya qanunvericiliyini sərtləşdirməsindən ən çox əziyyət çəkən ermənilər olub.
Onun fikrincə, indiki şərtlər daxilində Ermənistanın Avrasiya İttifaqına üzv olması belə, erməni miqrantların problemlərini həll etməyəcək. Yeganyan bildirib ki, yeni birlik formatı məhsulların və işçi qüvvəsinin sərbəst yerdəyişməsini ehtiva edir: “Amma bizimlə Rusiyanın azad bazara baxışlarımız fərqlidir. Fikrimcə, gec-tez Kreml birlik daxilində müəyyən məhdudiyyətlər tətbiq edəcək”.

İqor Muradyan:“Rusiya bizi beynəlxalq aləmdən təcrid etdiyi halda, Azərbaycanla milyard dollarlıq hərbi müqavilə imzalayır. İndi biz neçə deyək ki, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır?”

Ermənistan mətbuatı yazır ki, miqrantlarla bağlı Rusiya ilə Ermənistan arasında müvafiq müqavilə imzalanması nəzərdə tutulub. Amma nədənsə tərəflər bu müqaviləni imzalaya bilmirlər. Rusiyanın təklif etdiyi və Ermənistan üçün qəbuledilməz olan şərtlərin nələr olduğunu müəyyən etmək o qədər də çətin deyil. Əvvəla, Rusiya erməni miqrantlar üçün azad yerdəyişmə imkanı yox, vətəndaşlıq təklif edir. Amma bunun üçün həmin miqrantlar Ermənistan vətəndaşlığından imtina etməlidirlər. Əgər Moskva erməni miqrantlar üçün güzəştlər tətbiq etsə, deməli Ermənistana əsas təzyiq alətindən biri aradan çıxacaq. Təbii ki, Moskva belə bir aləti itirmək istəməz. Yeganyanın açıqlamaları ilə təxminən eyni vaxtda Tiflisdə də erməniləri narahat edən bəyanat səsləndirilib. Gürcüstanın xarici işlər naziri Maya Pancekidze bildirib ki, Gürcüstanın Avropa İttifaqı ilə imzalayacağı saziş qonşu dövlətlərlə münasibətlərə təsir etməyəcək, amma bir çox texniki problemlərin olacağı təbiidir. Deməli, Gürcüstanla Ermənistan arasında azad kommersiya münasibətlərinə yenidən baxılmalı olacaq. Erməniləri burada ən çox narahat edən məqam Rusiya qazının Gürcüstan ərazisindən keçməsidir. İrəvanda problem yaranacağı təqdirdə İrandan qaz alınması ilə bağlı təkliflər səsləndirilir. Ermənilər Avrasiya İttifaqına üzv olduqdan sonra bir çox məhsulların qiymətinin artmasından ciddi şəkildə narahatdırlar. Birlik daxilində gömrük qiymətlərinin artması labüd olduğundan rəsmi İrəvan ciddi sosial partlayış proqnozlaşdırır. Ermənistan prezidenti Sərkisyan da son müsahibələrinin birində deyib ki, gömrük tariflərinin qalxması birdən deyil, yavaş-yavaş olacaq. Qloballaşma və regional əməkdaşlıq mərkəzinin rəhbəri Stepan Qriqoryan “Birinci İnformasiya”ya açıqlamasında deyib ki, Ermənistanın Avrasiya İttifaqına üzv olma məsələsi yubanacaq: “Astanada keçirilən toplantıda bizi başa saldılar ki, hələlik Ermənistanı sıralarına qəbul etmək istəmirlər. Artıq Ermənistanın yeni birliyə təsisçi kimi üzv olma məsələsi heç müzakirə də olunmur. Ermənistan üçün çox vacib olan Qarabağ məsələsində də qarşımıza sədd qoydular. Gömrük İttifaqı və Avrasiya İttifaqı daxilindəki oyun qaydaları Ermənistanın maraqlarına uyğun deyil. Bu birliklərə üzv olduqdan sonra Ermənistanda sürətlə bahalaşma olacaq ki, bu da ciddi iqtisadi çətinliklər yaradacaq. Ekspertlər təxminən 900 adda məhsulun gömrük qiymətinin artacağını gözləyir. Ermənistan rəhbərliyinin bununla necə razılaşacağı məlum deyil. Belə çıxır ki, Ermənistanın Avrasiya İttifaqına üzv olmasının mənası qalmayıb. Amma Ermənistan fakt qarşısında qalıb. Məlum 3 sentyabr bəyanatından sonra Ermənistan Avropadan imtina edərək, Rusiyanı seçdi. Özünü Rusiyaya təslim edən Ermənistanın bu addımının cavabı özünü çox gözlətmədi. Rusiya Ermənistanla bağlı tam təminat alıb. Ona görə də Moskva əsas diqqətini Azərbaycana yönəldib. Ermənistan daha Qafqazda faktor deyil. Bunun nəticəsidir ki, Rusiya Qarabağ münaqişəsi ilə bağlı məsələni Azərbaycanla birbaşa müzakirə edir və daha Ermənistana ehtiyac duymur. Moskva çalışır ki, Azərbaycanın enerji ehtiyatları Rusiya ərazisi ilə nəql edilsin. Kreml Bakının inteqrasiya prosesində iştirakını da arzulayır. Bunun əvəzində Qarabağ məsələsində güzəştə getməyə hazırdır”. Politoloq İqor Muradyan isə bildirib ki, Rusiya Ermənistanı tam beynəlxalq izolyasiyaya salıb: “Bizi beynəlxalq aləmdən təcrid etdikləri halda, Azərbaycanla milyard dollarlıq hərbi müqavilə imzalayırlar. İndi biz neçə deyək ki, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır?”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
04.12.2020
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
04.12.2020
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
04.12.2020
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
04.12.2020
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
4 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
5 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info