ECOBANK Azərbaycana dəvət olunub
Tarix: 24.06.2014 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının (ECOBANK) Rəhbərlər Şurasının 13-cü İllik Toplantısı keçirilib. Tədbirdə ölkəmizi Bankın Rəhbərlər Şurasının Azərbaycandan müdiri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Şahin MustafayevçıxışındaAzərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığa böyük önəm verildiyini, təşkilatın müxtəlif təşəbbüsləri çərçivəsində ölkəmizin ticarət, nəqliyyat, təhsil, mədəniyyət və s. sahələrdə sazişlərə qoşulduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, ölkəmiz 2013-cü ildə ECOBANK-a üzv olub. Hazırda Azərbaycan ECOBANK-ın üzv ölkələri ilə siyasi, iqtisadi və humanitar sahələrdə uğurlu əməkdaşlıq edir. Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu iri enerji və regional nəqliyyat layihələri barədə məlumat verib, ölkəmizin etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanda investorlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırıb. Azərbaycanın iqtisadi uğurları beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
Şahin Mustafayev Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu vurğulayıb.
Şahin Mustafayev ECOBANK-ın prioritet sahələri olan infrastruktur, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, enerji və digər sektorların eyni zamanda, Azərbaycanın iqtisadi inkişafının prioritet istiqamətləri olduğunu diqqətə çatdırıb, Bankı ölkəmizdə bu istiqamətlərdə, xüsusilə özəl sektorda həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. Bankın xidmətlərinin Azərbaycanda geniş təşviqi üçün ECOBANK Rəhbərlər Şurasının İllik Toplantısının Azərbaycanda keçirilməsi təklif edilib.
Tədbirdə ECOBANK-ın 2013-cü il üzrə İllik Hesabatının təqdimatı keçirilib, Bankın 2014-cü il büdcəsi təsdiq edilib, təşkilati məsələlərə baxılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib
20.11.2019
Britaniyalı mütəxəssislər Bakıdakı layihənin uğurunu qeyd etdilər
20.11.2019
Masallının icra başçısı vəzifəsindən azad edilib
19.11.2019
Bakının iqlimi dəyişir? – Akademikdən mühüm açıqlama
19.11.2019
22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info