ABŞ “Manas”a əvəz axtarır
Tarix: 24.06.2014 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Bu günlərdə Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilovla ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini Laurel Miller arasında görüş keçirilib. Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi bəyanatında deyilir ki, görüşdə əsas mövzu kimi, Əfqanıstandakı vəziyyət və onun bölgədəki hadisələrə təsiri müzakirə edilib.
Ekspertlər hesab hesab edirlər ki, ABŞ Qırğızıstandakı "Manas" aviabazasında öz bayrağını endirdikdən sonra, Əfqanıstanda yerləşən və bu ilin sonundan başlayaraq 2017-ci ilə qədər çıxarılması sona çatacaq hərbi qüvvələrinə dəstək üçün yeni platforma axtarır. Təbii ki, Özbəkistan da bu baxımdan diqqət mərkəzindədir.
Son günlər ABŞ Dövlət Departamenti və digər ABŞ agentliklərinin nümayəndələrinin Daşkəndə və ümumiyyətlə, Orta Asiya respublikalarının paytaxtlarına səfərləri artıb.Bu, Əfqanıstandakı Amerika qoşunlarının gözlənilən çıxarılması ilə bağlıdır.
Artıq ABŞ dövləti də bəyan etdiyi kimi, o, bu ölkədə bəzi xüsusi qüvvələri saxlamaq niyyətindədir. Dövlət Departamentinin məlumatına görə, bu qüvvələrin tərkibi, sayı və yerləşdirilməsi haqqında məlumat sonralar elan ediləcək.
ABŞ prezidenti Barak Obama da son çıxışlarının birində bəyan etmişdi ki, Əfqanıstanda hərbiləşdirilmiş qüvvə mərkəzi ən azı 2016-ci ilə qədər mövcud ola bilər. Hərbi qüvvələrin çıxarılacağı təqdirdə, Pakistan vasitəsilə cənub marşrutu ilə yanaşı, Pentaqon şimal marşrutundan da istifadə etmək məcburiyyətində qalacaq. Qırğızıstandakı "Manas" aviabazasının itirilməsindən sonra, təbii ki, şimal marşrutu dəyərini itirib. Buna görə də, Dövlət Departamentinin nümayəndələri Orta Asiya ölkələrini tez-tez ziyarət edirlər. Xüsusilə, son günlər ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Rusiya bölməsinin baş direktoru Selen Uollander, bundan bir müddən əvvəl ABŞ dövlət müşaviri Uilyam Bernsin Daşkəndə səfəri xüsusi önəm kəsb edir. Belə ki, dövlət müşaviri Berns Özbəkistana səfəri zamanı gəlişinin əsas məqsədi kimi, Əfqanıstandakı hərbi qüvvələrin daşınması üçün ölkə ərazisində aviasiya məntəqəsinin yaradılmasını təklif edib. O, daha sonra izah etməyə çalışıb ki, bunu vəziyyət tələb edir: “ABŞ 2014-cü ildən sonra da Əfqanıstanda, eləcə də regionda sülh və sabitliyə sadiqdir. Dünyanın bir çox mühüm regionlarında sülhün saxlanılması ABŞ-ın ümdə öhdəliklərindən biridir”. Bunu Berns özbək jurnalistləri ilə görüşündə deyib.
Qeyd edək ki, amerikalılar Özbəkistan tərəfindən onlara 2001-ci ildə verilmiş, lakin 2005-ci ildə Əndican hadisələrindən sonra yerli radikalların verdiyi dəstəyə görə tərk etdikləri "Xanabad" aviabazasına maraq göstərirlər. Həmin ərəfədə Vaşinqton cavab olaraq Daşkəndə qarşı bir sıra sanksiyalar tətbiq etmişdi.
Amma beş il sonra, ABŞ Daşkəndlə əməkdaşlığı bərpa etmək üçün yollar axtarmağa başladı.
Xatırladaq ki, Orta Asiya ölkələri arasında Özbəkistanın seçimi təsadüfi deyil. Belə ki, 2013-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından imtina edən Özbəkistanda bu ilin mayında NATO-nun xüsusi nümayəndəliyi açılıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
“Özümə yer eylərəm, sonra gör, sənə neylərəm...“
30.11.2020
Putin Paşinyanla görüşməkdən imtina edib...
30.11.2020
Yerevanda əsgər anaları yenidən ayaqda-VİDEO
30.11.2020
Moskvada koronavirusdan daha 74 nəfər ölüb
29.11.2020
Rusiyalı həkimdən dünyaya daha bir epidemiya xəbərdarlığı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info