Bələdiyyələrin fəaliyyəti təkmilləşdirilməlidir
Tarix: 24.06.2014 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında çıxış edib
Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının təşkilatçılığı ilə “Kempinski Badamdar” otelində bələdiyyə sədrlərinin III ümumrespublika toplantısı işə başlayıb.
Tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Administrasiyanın məsul işçiləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, respublikanın bütün bölgələrini təmsil edən 306 bələdiyyə sədri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər. Tədbiri Azərbaycan Respublikası Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev açaraq toplantının gündəliyinin əsas mövzusunun “Yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr” olduğunu bildirib.
Gündəlik və reqlament təsdiq olunduqdan sonra Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi, milli assosiasiyaların əlaqələndiricisi Həzi Əkbərov hesabat məruzəsi ilə çıxış edib.
Sonra Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyasının və Naxçıvan bələdiyyəsinin sədri Nurələm İbrahimov, Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov, ədliyyə naziri Fikrət Məmmədov, Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Abşeron rayonunun Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Quba rayon Birinci Nügədi kənd bələdiyyəsinin sədri Sadiq Ayməzov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Göygöl rayon Üçtəpə bələdiyyəsinin sədri Rza Məmmədov çıxış ediblər. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev toplantıda çıxış edərək mövcud nöqsanlardan, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün zəruri tədbirlərdən danışıb. Çıxışlardan sonra toplantının qərar layihəsi səsə qoyularaq qəbul edilib. Fasilədən sonra toplantı işini Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyevin sədrliyi ilə “Vergitutma obyektlərinin vahid elektron məlumat bazası” mövzusunda plenar iclasla davam etdirib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Prezident: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13.11.2019
Misir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir
13.11.2019
“Dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir”
13.11.2019
Havanın temperaturu enəcək, yağış yağacaq
13.11.2019
Cəbhədən yeni xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info