Rusiyanın subyektləri ilə əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial var
Tarix: 24.06.2014 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Putin: “Regionlararası əlaqələr Rusiya-Azərbaycanın dostluq münasibətlərinin əsas inkişaf istiqamətlərindən biridir”
Prezident İlham Əliyev Azərbaycan-Rusiya regionlararası forumunun iştirakçılarına məktum ünvanlayıb: “Əziz dostlar! Sizi - Beşinci Azərbaycan-Rusiya regionlararası forumunun iştirakçılarını səmimi qəlbdən salamlayıram. Ənənəvi olaraq təşkil edilən forumlar iki dost ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi yolunda təsirli vasitəyə çevrilmişdir. Şübhə yoxdur ki, bu gün işə başlayan toplantı da qazanılmış uğurların təhlili və qarşıya çıxan aktual məsələlərin müzakirəsi, birgə fəaliyyətin prioritet sahələrinin və yeni formalarının müəyyənləşdirilməsi baxımından faydalı olacaqdır. Forumun Azərbaycan dövlətçiliyinin qədim tarixini özündə yaşadan Qəbələ şəhərində keçirilməsi əlamətdar hadisədir. Füsunkar təbiəti, etnik və dini rəngarəngliyi ilə seçilən bu diyar respublikamızın mədəniyyət və turizm mərkəzlərindən biri kimi tanınır.
Son illər aparılmış genişmiqyaslı quruculuq işləri Qəbələdə yerli və beynəlxalq əhəmiyyətli mötəbər tədbirlər təşkil etməyə, o cümlədən növbəti Azərbaycan-Rusiya regionlararası forumunu yüksək səviyyədə və işgüzar şəraitdə keçirməyə imkan verir.
Hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının subyektləri arasında ticari-iqtisadi və humanitar əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial vardır. Ölkələrimiz arasındakı etibarlı tərəfdaşlıq münasibətləri və mövcud əlverişli investisiya mühiti özəl biznesin regionlararası iqtisadi əlaqələrə daha yaxından cəlb edilməsinə münbit şərait yaradır. Biz energetika, kənd təsərrüfatı, bank, turizm və nəqliyyat sektorlarında qazanılmış müsbət təcrübədən çıxış edərək, yaxın gələcək üçün yeni hədəflər müəyyənləşdirə bilərik. Həmçinin, əməkdaşlığımızın vacib komponentlərindən olan humanitar inkişaf və informasiya mübadiləsi sahələrinə də diqqət artırılmalı, bu məqsədlə aydın perspektivləri olan layihələr və işlək mexanizmlər hazırlanmalıdır.
Ümid edirəm ki, forum iştirakçıları yaranmış fürsəti lazımınca dəyərləndirərək, gündəlikdə duran bütün məsələlər ətrafında konstruktiv müzakirələr aparacaq, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına sanballı töhfə verən, xalqlarımız arasında tarixən bərqərar olmuş dostluq əlaqələrinin daha da dərinləşməsinə yönələn qərarlar qəbul edəcəklər”.
Rusiya Prezidenti Vladimir Putin də Forum iştirakçılarına təbrik məktubu göndərib: “Regionlararası əlaqələr Rusiya ilə Azərbaycanın ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin əsas istiqamətlərindən biridir, yeni layihə və təşəbbüslərə təkan verir. Əsas məsələ budur ki, bu il beş yaşı tamam olan forumunuzun nüfuzu durmadan yüksəlir, iki ölkənin regionlarının qarşılıqlı fəaliyyətinin bütün spektri üzrə konstruktiv dialoq üçün lazımlı məkana çevrilir”.
Məktubda vurğulanır ki, forum iki ölkənin energetika, nəqliyyat, investisiyalar, kənd təsərrüfatı, turizm və təhsil sahələrində əməkdaşlıq potensialının gücləndirilməsi üçün əla imkandır.




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Prezident: “Ermənistanın yeni hökuməti özünü demokratik hökumət kimi göstərir”
15.11.2019
Səudiyyə Ərəbistanı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
15.11.2019
Prezident ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15.11.2019
Prezident Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Allahşükür Paşazadə: Sammitin əhəmiyyəti zaman keçdikcə özünü daha çox göstərəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info