“Azərbaycan Dağıstan Respublikasının inkişafına yardım göstərən mehriban qonşumuzdur”
Tarix: 24.06.2014 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyevlə görüşdükdən sonra biz Dağıstanda bir sıra layihələri fəal şəkildə həyata keçirməyə başladıq”. Bu fikri jurnalistlərə müsahibəsində V Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək üçün Qəbələyə gəlmiş Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov səsləndirib. Prezident İlham Əliyevin Azərbaycan və Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığı fəal şəkildə dəstəklədiyini vurğulayan R.Abdulatipov deyib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə Dağıstanda kommersiyadan daha çox sosial xarakterli olan layihələr həyata keçirilməyə başlanıb. Bu isə o deməkdir ki, Azərbaycan Dağıstan Respublikasının inkişafına yardım göstərən mehriban qonşumuzdur”.
Dağıstanın başçısı bildirib ki, Rusiyanın ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafı üçün böyük potensialı var: “Bununla belə, məncə, biz qarşılıqlı faydalı münasibətlərin inkişaf potensialının maksimum 10 faizindən istifadə edirik. Sovet dövründə Dağıstan Respublikası Azərbaycan ilə birlikdə onlarca layihə həyata keçirib. Perspektivdə Azərbaycanın Dağıstan Respublikasının inkişafına töhfəsi böyük olacaq. Rusiya Prezidenti Vladimir Putin də bu əməkdaşlığı dəstəkləyir. Biz prezidentlərimiz arasındakı bu mehriban münasibətləri müasir iqtisadi, mədəni münasibətlərimizdə real şəkildə təcəssüm etdirməliyik. Bunun üçün böyük imkanlar var”.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
“Biz onlara muxtar kürd dövləti qurmaları üçün yardım sözü vermədik“
13.12.2019
Borisov: Heç bir ölkə Türkiyəni əvəz edə bilməz
12.12.2019
Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur
12.12.2019
“Hər zaman ulu öndərin təhsil siyasətini əsas götürmüşəm”
12.12.2019
Ən böyük vəzifəmiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info