Rusiya azərbaycanlı sahibkarlara 18 layihə təqdim edib
Tarix: 24.06.2014 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Rusiya azərbaycanlı sahibkarlara ümumi dəyəri 260 mlrd. rubl (5,98 mlrd. ABŞ dolları) olan 18 sərmayə layihəsi təqdim edib. Bunu Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev bildirib: “Rusiyada hər bir sərmayə layihəsinin əsas məqsədi təkcə regionların iqtisadi inkişafı deyil, həm də ilk növbədə vətəndaş həyatının keyfiyyətinin yüksəlməsidir.
Əminəm ki, azərbaycanlı həmkarlarımızın təcrübə və bilikləri onların həyata keçməsində son dərəcə mühümdür”. Azərbaycanlı iş adamlarına Rusiyanın 16 subyektində - Samara, Rostov, Tomsk, Moskva, Tambov, Kalininqrad, Tula, Novqorod, Volqoqrad vilayətlərində, Qaraçay-Çərkəz Respublikası, Çuvaşiya, Çeçen, Dağıstan respublikası, Kamçatka, Krasnodar, Stavropol əyalətlərində bir sıra layihələr təqdim edilib. Rusiyalı nazir azərbaycanlı sərmayədarlar üçün daha çox kənd təsərrüfatı sahəsində çoxsaylı investisiya layihələrinin xüsusi maraq doğura biləcəyini deyib. O, əlavə edib ki, bunun üçün Tambov vilayəti daha münasibdir. Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Yunus-bek Yevkurov isə bildirib ki, Azərbaycan və İnquşetiya arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub. Onu sözlərinə görə, imzalanması nəzərdə tutulan sənədlər mebel istehsalı və tikinti materialları sahəsini əhatə edəcək: “Bildiyiniz kimi, İnquşetiyanın çox keyfiyyətli tikinti materialları var. Biz istəyirik ki, azərbaycanlı mütəxəssislərlə bu istiqamətdə əməkdaşlıq quraq”. Y.Yevkurov həmçinin qeyd edib ki, tərəflər arasında turizm sahəsində də saziş imzalanacağı gözlənilir: “Azərbaycanda turizm, xüsusilə xidmət sahəsində kifayət qədər böyük inkişaf var. Biz bu təcrübəni öyrənmək niyyətindəyik”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14.11.2019
Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artıb
14.11.2019
“Azərenerji” “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirdi: VİDEO
14.11.2019
“Azeri Light”ın bir barreli 67,43 dollara satılır
14.11.2019
Maliyyə Nazirliyinin Kollegiyasının tərkibi dəyişdirildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info