Dövlət qulluqçularının bayramı ilə əlaqədar ƏƏSMN tədbir keçirib
Tarix: 24.06.2014 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində toplantı keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin kollektivini peşə bayramı günü münasibəti ilə təbrik edib, onlara xoş arzularını
ifadə edib.

Nazir ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində milli kadr potensialının formalaşdırılması sahəsində hələ ötən əsrin 70-80-ci illərində gördüyü işlərdən, eləcə də müstəqil Azərbaycanda müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi, dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, bu sahədə hüquqi bazanın yaradılması sahəsində mühüm tarixi xidmətlərindən söz açıb: “Ulu öndərimizin fəaliyyəti yüksək vətənpərvərlik və milli dövlətçiliyə sədaqət hissinə, xalqa layiqli və yorulmadan xidmət məramına əsaslanan dövlət qulluğu nümunəsi kimi müstəqil Azərbaycanda hər bir dövlət qulluqçusu üçün əbədi örnəkdir”. Prezident İlham Əliyevin ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edən S.Müslümov dövlət başçısının 2006-cı il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunmasını da bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin daha bir təzahürü olduğunu vurğulayıb: “Nazirlikdə müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılması vacib şərtlərdən biridir. Bununla bağlı olaraq biz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal əməkdaşlıq həyata keçiririk. Nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə Komissiyanın keçirdiyi müsabiqələrdə və müsahibə mərhələlərində uğur qazanmış namizədlərin cəlb olunmasına üstünlük verilir”.
Nazirlikdə aparılan islahatların əhaliyə xidmət səviyyəsinin yüksək səviyyədə təşkilinə və fəaliyyət sahələrində şəffaflığın təmin olunmasına xidmət etdiyini vurğulayan nazir nazirliyin hər bir əməkdaşının bu islahatlar prosesində daim səylərini artırmalı olduğunu bildirib. Dövlət qulluğunun məsuliyyətli olduğu qədər də şərəfli bir fəaliyyət sahəsi olduğunu qeyd edən S.Müslümov Prezident İlham Əliyevin “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır” fikrinin nazirliyin hər bir əməkdaşı üçün də əsas davranış və fəaliyyət kodeksi olduğunu vurğulayıb.
Tədbirdə S.Müslümov nazirliyin 7 saylı internat evinin direktoru Səfərova Pərvanə Əli qızını Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar həkim” fəxri adı ilə təltif olunması münasibətilə təbrik edib və “Əməkdar həkim” fəxri adının döş nişanını ona təqdim edib.
Tədbirin yekununda dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən nazirlik əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.
İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Milli Qəhrəman Fəxrəddin Şahbazov anılıb
21.11.2019
Şirkətlərimizin 37%-i informasiya təhlükəsizliyi üçün büdcəyə sahib deyil
20.11.2019
YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib
20.11.2019
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib
20.11.2019
Britaniyalı mütəxəssislər Bakıdakı layihənin uğurunu qeyd etdilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info