Almaniyada Azərbaycanın tanıdılması məqsədilə viktorina keçirilib
Tarix: 24.06.2014 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Almaniyada Azərbaycanın, onun yüksək turizm potensialının tanıdılması məqsədilə bu ölkənin Ksanten şəhərində növbəti viktorina keçirilib. Viktorina Alman Azərbaycan Mədəniyyət Evinin dəstəyi ilə azərbaycanlı diaspor fəalı Emil Həsənov tərəfindən növbəti təşkil olunub. Artıq 6 ildən çoxdur Almaniyada milli bayramlar zamanı təşkil edilən bu viktorinalar almanlar tərəfindən böyük maraqla qarşılanır. Ksanten bələdiyyəsinin təşkil etdiyi bayram tədbirlərində viktorinanın keçirilməsi üçün şərait yaradılır. Builki viktorinada 200 nəfərdən artıq alman iştirak edib. Yarışın şərtlərinə görə, viktorinaya qatılan almanlar Azərbaycan haqqında verilən sualları cavablandırmalıdır. Sonda yarışın qalibi olan 2 və ya daha çox iştirakçı Azərbaycana 20 günlük səyahət etmək imkanı qazanır. Bu günədək 14 alman Azərbaycana səyahət edərək ölkəmiz, onun mədəniyyəti, tarixi, turizm potensialı ilə yaxından tanış olublar.
Azərbaycana səfər etmiş qaliblər geri döndükdən sonra ölkəmiz haqqında təəssüratlarını bölüşür və beləliklə də Azərbaycanın təbliğatı aparılır. Müşahidələrə görə viktorina qaliblərinin əksəriyyəti növbəti illərdə də Azərbaycana səfər edir. Builki viktorinanın təşkilinə Kölndə fəaliyyət göstərən Alman Azərbaycan Mədəniyyət Evi ilə yanaşı, Azərbaycan səfirliyi də böyük dəstək göstərib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb
21.11.2019
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21.11.2019
“Uşaqların fiziki və emosional zorakılığa məruz qalmaları məhz ailədə olur”
21.11.2019
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21.11.2019
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info