“Uşaqların ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydaları” təsdiq edilib
Tarix: 24.06.2014 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilib. Təhsil Nazirliyindən verilən xəbərə görə, qaydalar uşaq və şagirdlərin Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə qəbulunun, habelə təhsil aldıqları müddətdə onların ölkə daxilində, eləcə də ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına yerdəyişməsi ilə bağlı məsələlərin tənzimlənməsini təmin etmək məqsədilə təsdiqlənib.
Əmrə əsasən, Təhsil Nazirliyinin 27 sentyabr 2013-cü il tarixli 827 nömrəli əmri ilə təsdiq olunmuş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” qüvvədən düşmüş hesab edilib. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılıb ki, “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nı rəhbərlik və icra üçün qəbul etsinlər, həmin “Qaydalar”ın məzmununun məktəb rəhbərlərinə, bütövlükdə pedaqoji kollektivlərə və valideynlərə çatdırılmasını təmin etsinlər, şagird qəbulu və yerdəyişməsi ilə bağlı məsələlərin müəyyən olunmuş qaydalar daxilində həyata keçirilməsi üçün lazımi tədbirlər görsünlər.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Ölkəmizdə Fəal Yaşlanma İndeksi hazırlanacaq
09.12.2019
İş yerlərində bu qaydalara əməl edilməlidir
08.12.2019
Sürücülük imtahanlarını Dövlət İmtahan Mərkəzi keçirəcək?
07.12.2019
Paytaxt Şamaxıya köçürülür?
07.12.2019
Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info