Hollandiya Türk Federasiyası yardım kampaniyasına başlayıb
Tarix: 24.06.2014 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


İraqda baş verənlər, Türkmən elindən olan soydaşlarımızın soyqrıma məruz qalması, minlərlə soydaşımızın öz yer-yurdlarındını tərk etməyə məcbur olmaları artıq neçə vaxtdır ki, gündəmdən düşmür. İçimiz yansa da edə biləcəyimiz bir şey olmamasının acısını çəkməkdəyik. Soydaşlarımızın həqiqətən də istər mənəvi, istərsə də maddi dəstəyə ehtiyacları var. Bu ehtiyacların az bir hissəsini belə olsa ödəmək məqsədilə Hollandiya Türk Federasiyası (HTF) yardım kampaniyasına başlamağa qərar verib. Bu məqsədlə HTF Niderlandda yaşayan Türk əsilli insanlara müraciət ünvanlayıb. Müraciətdə deyilir: “İraqda yaşananlar İraqın bölünməsi nöqtəsinə gəlmişdir. Uzun illərdən bəri basqı altında yaşayan İraq Türkmənləri hazırda daha şiddətlə hədəfə alınmış, basqılara məruz qalırlar. Türkmənlər öz Vətənlərini tərk etmək məcburiyyətində qalmışlar. Soydaşlarımız bir tərəfdən aclıq və yoxsulluqla mücadilə edir, bir yandan da hücumlara məzruz qalırlar. Belə bir durumda soydaşlarımıza yardım etmək, onların acısını paylaşmaq vicdan və tarix qarşısında borcumuzdur. Bu səbəblə də Avropa Türk Konfederasiyasına bağlı bütün federasiyalar yardım kampaniyasına start verməyi qərara alıb.” Daha sonra müraciətdə HTF – nin 27, 28 və 29 iyun tarixlərini “Türkmənelinə yardım günləri” elan etməsi öz əksini tapıb. Yardımlar HTF – yə bağlı olan məscidlərdə Cümə namazı və Teravih namazları vaxtı aparılacaqdır ki, bunun da daha çox insanın bu kampaniyaya qoşulması məqsədi ilə edildiyi diqqətə çatdırılır. Bundan başqa, məscidi olmayan təşkilatlarda isə mübarək Ramazan Ayı münasibətilə iftar yeməkləri və həyata keçiriləcək digər kampaniyalar vasitəsilə yardım toplanacaqdır. Arzu edənlər bu məqsədlə açılmış xüsusi hesaba “Türkməneli” yazmaqla vəsait də keçirdə bilərlər. Müraciətin sonunda deyilir: “HTF olaraq başlanacaq mübarək Ramazan ayının xeyirlərə vəsilə və edəcəyimiz yardımların qəbul olunmasını Uca Allahdan niyaz edirik.”

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı
17.11.2019
İranın Ali dini lideri benzinin bahalaşmasını dəstəkləyib
17.11.2019
“Ərdoğan bunu ABŞ-da da açıq söylədi: bu yolda geriyə addım yoxdur“
17.11.2019
Rəsmi Tehranın tələbilə İraq-İran arasındakı 2 sərhəd qapısı bağlandı
17.11.2019
İraqda nümayişlər zamanı terror hadisəsi törədildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info