“Bütün bunlar prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir”
Tarix: 24.06.2014 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Rusiya Federasiyası İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb.
Görüşdən əvvəl Y.Yevkurov Təzə Pir məscidi ilə tanış olub və namaz qılıb.
Daha sonra QMİ-də davam edən görüşdə Allahşükür Paşazadə İnquşetiya rəhbərini Ramazan ayı münasibətilə təbrik edir. Şeyx regionda İslamın inkişafından danışaraq bildirib ki, Azərbaycanda nəinki bütün müsəlman təriqətlərinə, o cümlədən bütün dinlərə eyni və yüksək şərait yaradılıb. Şeyx buna Azərbaycanın günü-gündən inkişaf edən qüdrətini əsas gətirib. A.Paşazadə Azərbaycanın başlıca problemi olan işğal olunmuş torpaqlarından, Dağlıq Qarabağdan da danışaraq bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü olmasaydı, daha da güclü inkişaf edərdi: “Amma Azərbaycanın bu inkişafını gözü götürməyən dövlətlər, qüvvələr də var”.
Şeyx Dağlıq Qarabağ münaqişəsinin həlli, işğal olunmuş torpaqların qaytarılması məsələsini də qaldırıb: “Azərbaycan və Rusiya arasında çox güclü və kökləri olan münasibətlər var. Biz ümid edirik və gözləyirik ki, siz dostların, o cümlədən Rusiya prezidenti Vladimir Putinin köməyi ilə işğal olunmuş torpaqlar, nəhayət, qaytarılacaq, münaqişə sülh yolu ilə həll olunacaq. Biz müharibə tərəfdarı yox, sülh tərəfdarıyıq”.
Şeyx İnquşetiya rəhbəri vasitəsilə Şimali Qafqaz müsəlmanlarına bayram təbriklərini də çatdırıb.
Yunusbek Yevkurov isə Azərbaycanda, Qəbələdə keçirilən forumda iştirak etdiyini bildirərək, ətraf bir neçə rayonda da olduğunu, orada olan rusiyalıların necə firavan yaşadığını qeyd edib: “Bütün bunlar prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir”. O, Şeyxin də fəaliyyətini qiymətləndirərək onu heç vaxt unutmayacaqlarını, xidmətini dəyərləndirəcəklərini bildirib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub. Y.Yevkurov Şeyxə qiymətli işləmələrdən ibarət Qurani-Kərim hədiyyə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?
30.11.2020
Baydenin prezident seçilməsi Azərbaycana nə verə bilər? - Şərh
29.11.2020
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub
29.11.2020
Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil…
28.11.2020
Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info