“Həmrəy” Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirdi
Tarix: 24.06.2014 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


«Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Milli Ordumuz - Milli Qürurumuzdur” adlı tədbir keçirdi. Tədbirdə “Həmrəy”in sədri Yəhya Babanlı bu günün tarixi əhəmiyyətindən danışdı. Bildirdi ki, Milli Ordu müstəqil dövlətçiliyin əsas atributlarından biri hesab olunur. Bu tarix 96 il bundan əvvəl, 26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şuranın Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul etdiyi gündür. Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr Günü elan edilib. Vətəni sevmək, qorumaq və müdafiə etmək hər bir gəncin ən ümdə vəzifəsidir. Nəzərə alsaq ki, doğma torpağımızın, ərazimizin 20-% işğal altındadır hər bir gənc daha da məsuliyyətli olmalı və Vətənimiz Azərbaycan qarşısında öz borcunu yerinə yetirməlidir. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yolla gedən Azərbaycanın müdafiə qabiliyyəti də durmadan yüksəlir və milli ordumuz inkişaf edir. Sonra “Həmrəy” GMDİB-nin sədr müavini, t.ü.e.d Elvin Əliyev bu günün müstəqil Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olduğunu və milli dövlətçiliyimiz üçün strateji maraq kəsb etdiyini bildirdi. Bu tarixi Azərbaycanın milli müstəqilliyinin, mövcud ərazisinin və etnik müxtəlifliyinin qorunub-saxlanılması kimi səciyyələndirdi. Vurğuladı ki, belə xüsusi günləri gənclər daim xatırlamalı və Vətənimizin suverenliyi uğrunda həmrəy olmalıdırlar. Daha sonra gənclər bu tarixin mahiyyətindən söz açdı və milli ordumuzun milli qürurumuz olduğunu bildirdilər. Sonda, bir qrup “Həmrəy”çi gəncə üzvlük vəsiqəsi təqdim olundu.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21.11.2019
“Uşaqların fiziki və emosional zorakılığa məruz qalmaları məhz ailədə olur”
21.11.2019
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21.11.2019
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21.11.2019
Yeni Açıq Hökumət Fəaliyyət Planı müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info