Rusiya KİV-i: “Ukrayna döyüşçülərinin daxili orqanları satılır”
Tarix: 24.06.2014 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Rusiya KİV-ləri və sosial şəbəkələrində həlak olan və ağır yaralanan Ukrayna döyüşçülərinin daxili orqanlarının naməlum “həkimlər tərəfindən çıxarılıb satıldığı” barəsində fikirlər yayılmaqdadır. Onlar belə deyirlər: “Slavyansk ordu döyüşçüləri Karaçun civarında həlak olmuş milli qvardiyaçılardan 180 nəfərin meyidini aşkarlayıblar. Bir az uzaqda isə daha 300 daxili orqanları çıxarılmış meyid aşkar edilib. Srağagün isə bu rayonda yerli sakinlər “Qırmızı xaç” maşınını görüblər. Xatırladaq ki, hələ mayın başlanğıcında Donbasda “yerli hərbi şirkətlərdən” olan muzdlulardan başqa bu muzdlulara və Ukrayna ordusuna kömək üçün xüsusi alətləri olan əcnəbi həkimlər peyda olublar. Onlar ölülərdən və hətta, ağır yaralılardan orqanları çıxarırlar. Bundan başqa, regionda Kiyev nömrəli inkassasiya və təcili yardım maşınları peyda olublar, amma onların təyinatı üzrə istifadə edilməsi ciddi şübhə doğurur.
Ukrayna ordusu, milli qvardiyası və hüquq-mühafizə orqanları sektoruna aid döyüşçülərin yerləşdirildiyi qospitallardan maraqlı məlumatlar gəlməkdədir. Bu cür müəssisələrdə çoxu əcnəbi olan yeni mütəxəssislər – xirurqlar peyda olub. Əsas qəribəlik orasındadır ki, onlar ağır yaralı döyüşçülərlə məşğul olurlar, “qəliz” analizlər edirlər və onların müalicəsinin olmaması barədə sənədləşdirmə aparırlar, sonra da onları “müalicə” üçün Kiyevə, Dnepropetrovska göndərirlər. Burada “müalicə” sözü işarə içərisindədir, çünki onlar öz aralarındakı telefon danışıqlarında bu və ya digər zərərçəkənin konkret yaxşı orqanları haqqında danışırlar.
Belə görünür ki, yerli personalın ingiliscə və rusca bilikləri onlara informasiyaları tam həcmdə çatdırmağa imkan vermir. Çox inandırıcıdır ki, Avropaya inteqrasiyanın bir çox tərəfdarları Avropaya daha əvvəl girirlər - amma “hissə-hissə”...
Bütün bu qeyd edilənlərdən belə nəticəyə gəlinir: əbəs yerə deyil ki, yerli oliqarxlar, ABŞ və Avropa “Ukrayna demokratik inqilabı”na ağlasığmaz pullar xərcləyirlər.
Bununla bərabər, onların “xalqın qayğısına qalmaları” ilə bağlı bəyanatlarının riyakar və qəbuledilməz olduğu açıq görünür”.
Daha sonra qeyd edilir ki, Kosovoda da eyni hallar baş vermişdi: “Qara transplantoloqlar Qərbin varlı və xəstə buratinolarına satmaq üçün “materiallar” gözləyirlər.
Bu mənada Ukrayna döyüşçüləri donor orqanlarının çatdırılmasında ideal rol oynayırlar. Onların hələ də siyahıda qeyd edilmiş heyəti yoxdur. Onlar rəsmi şəkildə orduya xidmətə qəbul edilməyiblər. Dövlətin nəzarətedici qurumlarının mövqeyinə görə, onlar ümumiyyətlə mövcud deyil. Onları heç yerdə axtarmaq da lazım deyil. Amma onların orqanları var və yiyəsizdirlər. Yeri gəlmişkən, belə bir fikir də var ki, Tyaqnibok da qara transplantasiyanın sayəsində sanitarlıqdan dərhal deputatlığa yüksəlib”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
06.12.2019
“Paşinyana qarşı narazılıqlar prosesi daha da sürətlənəcək”
06.12.2019
“Bu, hətta “qardaş Rusiya“ya da aiddir“...
05.12.2019
Qazaxıstan Senatı Türkiyə ilə imzalanan əməkdaşlığa dair razılaşmanı təsdiqlədi
05.12.2019
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info