“Lragir”: “Rusiya Ermənistana suveren dövlət kimi hörmət etmir”
Tarix: 24.06.2014 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


İqor Şuvalov: “Ermənistan Avrasiya İttifaqına üzv olmaq üçün Dünya Ticarət Təşkilatındakı tərəfdaşlarına kompensasiya
ödəməlidir”

Rusiya baş nazirinin müavini İqor Şuvalov jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Ermənistan Avrasiya İttifaqına üzv olmaq üçün Dünya Ticarət Təşkilatı ilə danışıqlar aparmalıdır. Danışıqların əsas motivini tərəfdaş ölkələrə ödənəcək kompensasiyalar təşkil etməlidir. Soçidə Avrasiya İqtisadi Komissiyasının iclası keçirilib. Şuvalov iclasdan sonra mətbuata açıqlamasında Ermənistanla bağlı məsələyə də toxunub.
“Əgər Ermənistan bizim formata uğurla qoşular, sənədləri imzalayar və ratifikasiyadan keçirirsə, mütləq Dünya Ticarət Təşkilatı ilə kompensasiya ilə bağlı danışıqlar aparmalıdır. Məsələ ondadır ki, Ermənistan Rusiya, Belarus və Qazaxıstanda keçərli olan vahid gömrük tarifinə qoşulacaq. Bu isə Ermənistanın Dünya Ticarət Təşkilatına üzv olarkən üzərinə götürdüyü öhdəliklərdən fərqlənir. Ermənistanın tərəfdaşları üçün situasiya dəyişir. Ona görə də Ermənistan prosedura uyğun olaraq Dünya Ticarət Təşkilatındakı tərəfdaşları ilə danışıqlar aparmalıdır. Ermənistan təşkilata üzv olarkən tərəfdaşlar qarşısında müəyyən öhdəliklər götürüb. Gömrük tarifləri dəyişəcəyindən müəyyən kompensasiyaların ödənməsi lazım gələcək”.

“Ermənistan faktiki dünyada yeganə dövlətdir ki, öz ərazisində olan Rusiya hərbi bazasına görə nəinki kompensasiya alır, üstəlik özü onların xərcini ödəyir”

Bu məsələni dəyərləndirən “Lragir” yazır ki, Şuvalovun açıqlamaları erməni-rus tragikomediyasında növbəti mərhələdir: “Avrasiya İttifaqında gömrük rüsumları Ermənistanın üzv olduğu Dünya Ticarət Təşkilatından bir neçə dəfə yüksəkdir. Ermənistan Avrasiya İttifaqına üzv olacağı təqdirdə təşkilatdakı tərəfdaşlarına kompensasiya ödəməlidir. Bizi zorla yeni yaranan ittifaqa sürüdükləri bəs deyil, hələ buna görə başqalarına kompensasiya ödəməliyik. Eyni hal Qırğızıstan üçün də keçərlidir. Amma Qırğızıstanın cürəti çatdı - bunun üçün Rusiyadan kompensasiya tələb etdi və istədiyini aldı. Ermənistanda hamı bilir ki, Avrasiya İttifaqında üzvlük ölkənin maraqlarına uyğun deyil, amma heç kim qorxusundan səsini çıxarmır. İndi isə Rusiya Şuvalovun dili ilə Ermənistandan kompensasiya ödənməsini tələb edir. Ermənistan faktiki dünyada yeganə dövlətdir ki, öz ərazisində olan Rusiya hərbi bazasına görə nəinki kompensasiya alır, üstəlik özü onların xərcini ödəyir. Bundan sonra Ermənistan daha unikal olacaq. Avrasiya İttifaqına üzv olmaq üçün tərəfdaş dövlətlərə kompensasiya ödəyəcək”. “Lragir” yazır ki, eyni gündə Rusiya qırıcılarının İrəvan səmalarında görünməsi təsadüfü sayıla bilməz: “Bəziləri deyir ki, qırıcıların İrəvan səmasında görünməsi Bakıya mesajdır. Amma belə təyyarələr Bakı üçün nonsens sayılmır. Ona görə də İrəvanda Rusiya qırıcılarının görünməsi Ermənistana mesajdır. Ermənilərin beyninə belə bir mif yeridiblər ki, Rusiya onların xilaskarıdır və ruslar olmasa Ermənistan da olmaz. Amma bu mif hər keçən gün dağılır. Rusiya bunun qarşısını almaq üçün hərbi gücündən istifadə edir. Rusiya ya Ermənistana tərəfdaş, suveren dövlət kimi hörmət etməli, ya da zorla, hərbi gücdən istifadə edərək istədiyini almalıdır. Son aviaşou göstərir ki, Rusiya Ermənistana tərəfdaş, suveren dövlət kimi hörmət etməyərək ikinci yolu seçib. Ermənistanın maraqları Rusiyanın maraqları ilə üst-üstə düşmədiyindən Moskva ermənilərin maraqlarına hörmət etmir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Azərbaycanda evdən çıxmaq qadağan olunacaq, iş yerləri bağlanacaq, əgər...
30.11.2020
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
30.11.2020
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək
30.11.2020
ANAMA: 27 sentyabrdan indiyədək 727 ədəd PHS, 4330 ədəd piyada əleyhinə, 1110 ədəd tank əleyhinə mina aşkarlanıb
30.11.2020
Xocalı soyqırımı zamanı itkin düşmüş Cavan Orucovla bağlı videoçarx təqdim edilib - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info