“Səhnələşdirilmiş məhkəmə prosesi” müsabiqəsi yekunlaşdı
Tarix: 25.06.2014 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


5 noyabr 2013-cü il tarixdən başlayan, Avropa Hüquqşünas Tələbələr Asossiasiyası tərəfindən həyata keçirilən “Səhnələşdirilimiş məhkəmə prosesi” müsabiqəsinə artıq yekun vurulub. Tələbələrin praktiki tərəfdən inkişafını hədəfləyən layihədə, üç universitet – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələblərdən ibarət, ümumilikdə 46 nəfər olmaqla 23 komanda mübarizə aparıb.
Layihə rəhbəri Elçin Abıyevin dediyinə əsasən, ilk əvvəl seçilmiş komandalara prosessual qaydalar, natiqlik mövzusunda təlimlər keçirilib, cinayət və mülki hüquq üzrə ixtisaslaşmış vəkillərlə görüş təşkil edilib. Bundan sonra 3 mərhələdən ibarət proseslər mərhələsi başlayıb. Layihənin final mərhələsi isə 22 iyun Səbail rayon məhkəməsində baş tutub.
Ramil İsmayılovun sədrlik etdiyi, Seyfəlpaşa Əliyev və Pərvin Ənvərlidən ibarət hakimlər kollegiyası tərəfindən baxılmış final prosesdə Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının tələbələrindən ibarət komanda üstünlük əldə edərək qələbə qazanıb.
24 iyun saat 15:00-da isə “Anatolia” oteldə layihənin bağlanış mərasimi keçirilib. İlk olaraq Avropa Hüquqşünas Tələbələr Asossiasiyası Azərbaycan nümayəndəliyinin əvvəlki prezidenti Sirac Sultanlı, daha sonra isə təşkilatın hazırkı prezidenti Bayram Orucov çıxış edib. Bundan sonra mərasimdə müsabiqə qalibləri: Elçin Buluşov, Şadman Əmirxanlı və finalçılar: Fərid Məmmədov, Əlibaba Əliyev ümumilikdə 800 manat dəyərində pul mükafatı ilə təltif edilib, qaliblərə medallar, həmçinin layihə iştirakçılarına sertifikatlar təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info