Dünyanın ən təhlükəli adası
Tarix: 02.07.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Ora yeganə məkandır ki, turistlərlə yanaşı, ümumiyyətlə, yerli şəraitə əla bələd olmayanların, elmi araşdırma aparmaq məcburiyyəti ilə qarşılaşaraq oraya yollanmayanların ayaq basmaları qəti qadağan olunub.
Bu ada qapalı məkan, dünyaya bağlı yer sayılır.
Braziliyanın San-Paulu şəhərinin sahillərinin yaxınlığındakı İlya de Queymada Qrande adasının belə "statusu" isə adada dünyanın ən zəhərli ilanlarının olmasıdır.
Ada botropsu və ya "Bothrops insularis" adlı bu zəhərli ilanın sancdığı insan bir neçə saniyə içində dəhşətli ağrılardan ölür.
Bütün başqa zəhərli ilanlardan fərqli olaraq, ada botropsunun zəhəri qan dövranı və ya tənəffüs sisteminə təsir etmir.
Zəhər əzələləri qıc edir, sonra da "əridir".
Bu səbəbdən Braziliyanın hdakimiyyət dairələri İlya de Queymada Qrande adasını çox ciddi mühafizə altına alaraq oraya nabələd adamların ayaq basmalarını qəti qadağan edib.
Adada təqribən 4 min qızılı botrops ilanı var.
San-Paulu sahillərindən 32 km aralıdakı adanın sahəsi 43 kvadrat kilometrdir.
Nəsli kəsilmək təhlükəsi olan canlılar siyahısına daxid edilmiş bu ilanların uzunluğu adətən 70 sm olsa da, uzunluğu 118 sm-ə çatan ada botropsu da olur.
İlanın zəhərinin tərkibindəki neyrotoksin şikarı öldürürsə, digər maddələr toplusu əzələ və toxumaları yumşaldır, həlimləşdirir. Bu minvalla ilan şikarını daha asanlıqla uda bilir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Uşaqların görüntülərini internetdə paylaşmaq gələcəkdə fəsadlar yarada bilər
22.08.2019
Nəhəng texnologiya şirkətləri qatil robotlar üzərində işləyir
22.08.2019
Hollandiyada dünyanın ən böyük velosiped parkı açıldı
22.08.2019
Dünyada ən çox qazanan aktyorların siyahısı açıqlanıb
21.08.2019
Adıyamanda yüz milyon illik qalıqlar aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info