İlk Avropa Oyunları ərəfəsində Binəqədidə təmizlik aksiyaları keçiriləcək
Tarix: 04.07.2014 | Saat: 12:34:00 | E-mail | Çapa göndər
Həyatda hər hansı bir ilkə imza atmaq həmişə çətin, amma şərəfli iş olub. Bu iş qlobal miqyasda baş verəndə xüsusi əhəmiyyət daşıyır və tarixi hadisəyə çevrilir. Tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarının Azərbaycanın bəxtinə düşməsi böyük nailiyyətdir desək, yanılmarıq. Bu qərara imza atanlar da yanılmayıblar. Çünki sürətlə gedən iqtisadi inkişaf, həyatın bütün sahələri ilə yanaşı idman sahəsində də güclü maddi-texniki bazanın yaradılmasına, eləcə də beynəlxalq yarışlarda, dünya çempionatlarında qələbələr qazanmaqda idmançılarımız üçün güclü stimulun yaranmasına səbəb olub. Ölkəmizin beynəlxalq miqyasda mötəbər idman yarışlarında böyük nailiyyətlər qazanması, Azərbaycanın dünyada nüfuzunun ilbəil artması nəticə etibarilə 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarının verilməsində həlledici rol oynayıb. Şübhəsiz ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik, ardıcıl və məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan şərəfli səhifədir.
Avropa Olimpiya Komitəsinin qəbul etdiyi qərardan keçən müddətdə oyunlara hazırlıq işlərinin sürəti və miqyası gözlənilməz səviyyədə artıb. Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO kimi nüfuzlu beynəlxalq təşkilatların sülhməramlı səfiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi təşkilat komitəsinin apardığı gərgin və məqsədyönlü işin səmərəsi göz qabağındadır. Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi və təkmilləşdirilməsi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə gedir.
Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşqu artmaqdadır. Bu istiqamətdə paytaxtın şimal qapısı Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının bugünlərdə imzaladığı müvafiq sərəncam və bundan irəli gələn tədbirlər planı Azərbaycanı dünyada tanıdacaq və təbliğ edəcək böyük tədbirdə Binəqədi rayonunun və onun icra strukturları, habelə ictimai-siyasi təşkilatları və sakinlərinin üzərinə düşən öhdəliklərin geniş mənzərəsini yaradır.
Sərəncamda bildirilir ki, I Avropa Oyunlarına hazırlıqla əlaqədar 1 iyul 2014-cü ildən etibarən davamlı olaraq mərhələli şəkildə Binəqədi rayonu ərazisində “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlansın. Sərəncamdan irəli gələn vəzifələrin operativ həlli üçün icra başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə komissiya yaradılıb. Artıq komissiya öz işinə başlamış və müvafiq iş planı tərtib olunub. Görüləcək işlərin əhatə dairəsi indiyədək görünməmiş dərəcədə əhatəlidir. Maraqlı burasıdır ki, iş planında ənənəvi stereotip və ətalətli tədbirlərdən maksimum imtina edilmiş, tamamilə novatorluğu və özünəməxsusluğu ilə diqqəti cəlb edən və müasir dünyada qəbul olunan metod və yığıncaqlara üstünlük verilib.
Tədbirlər planına əsasən görülən işlər barədə əhalini və təsərrüfat subyektlərini məlumatlandırmaqla yanaşı, maraqlı aksiyaların da təşkili gündəmdədir. Təbii ki, belə aksiyalar maarifləndirmə ilə birgə tədbirin populyarlaşmasına xidmət edəcəkdir.
Layihə çərçivəsində elan olunacaq müsabiqələr və keçiriləcək aksiyalar tədbirin kütləviləşməsində əsaslı rol oynayacaqdır.
Ümumiyyətlə, layihənin mahiyyəti ilə tanışlıq sübut edir ki, “Təmiz Binəqədi” layihəsi sadəcə müəyyən müddət üçün deyil, daimi olaraq bu işin davam etdirilməsi məqsədilə keçirilir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Yeni modeldə qəbul imtahanlarında bal neçə olacaq
20.10.2017
“Gil məmulatlarına tələbat artıb”
20.10.2017
Cəzaların humanistləşdirilməsinə dair dəyişikliklər qəbul edilib
20.10.2017
Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 5 milyon manat ayrılıb
20.10.2017
Müəllimlərin diaqnostik qiymətləndirilməsi nə vaxt başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info