23 yaşlı qıza görə özünü rüsvay etdi
Tarix: 04.07.2014 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Tayvan Milli Universitetinin nüfuzlu və tanınan alimlərindən biri, universitetin nəzdindəki hospitalda çalışan professor Vu Ley ciddi alim, tələbələrin hörmət etdiyi pedaqoq kimi tanınırdı.
Amma günlərin birində 54 yaşlı professor qızı yaşında bir tələbəyə vurulanda, hər şey dəyişib.
Vu Ley 23 yaşlı tələbəsi Lin Linə aşiq olub. Linin diqqətini çəkmək, bu tələbə qıza eşq elən edən gənc "rəqib"lərini üstələmək üçün professor "cavanlaşmaq" qərarına gəlib.
Taybey şəhərində yaşayan professor ciddi kostyum və qalstuklu görkəmdən əl çəkərək, balaqları cırıq cins şalvar, al-əlvan rəngi futbolkalar geyinməyə başlayıb.
Üstəlik, o, saçını "ən son dəbə uyğun" hala salıb. Daha doğrusu, professorun saçı kub formasında idi: saç geli və saatlarla davam edən bərbər zəhməti ekstravaqant, hətta bir qədər əcaib düzüm yaratıb.
Lin Linin yanına yollanaraq gənc qıza eşq elan etmək və onun könlünü "fəth etmək" istəyən professor Vu Linin oxu daşa dəyib.
Lin Lin atası yaşda "potensial sevgili"ni görəndə özünü saxlaya bilməyib, qəhqəhə çəkib.
"Bu nə saç, bu nə görkəmdir?! LEGO oyuncağına bənzəyirsiniz. Belə axmaq vəziyyətdə yanıma gəlməklə nəyə nail olmaq fikrindəsiniz?! Sizin kimi sarsaq adamı sevəcəyimi düşünürsünüzsə, yanılırsınız..." ,- deyə Lin Lin bildirib.
Professor isə baş verənlərin səbəbini hələ də anlamır.
"Axı o niyə mənə rədd cavabı verdi?! Yaxşı maaşım, evim, şəraitim var. Özüm də qoca deyiləm. Məndən yaxşısını tapacaq?" ,- deyə saçını "dördkünc" etdirmiş profesor Vu Ley söyləyib.
Vu Leyin sözlərinə görə, saçını "ultramüasir" görkəmə salmaq üçün 2 banka saç geli və 3 saat vaxt sərf edib. O, başını yalnız 15 gündən bir yuya bilər.
Saç yuyulandan sonra yenidən "yığım" prosesi başlanmalıdır.
Lin Lin isə deyir ki, dostları və rəfiqələri bu professoru artıq "qoca sarsaq" adlandırırlar.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi
10.08.2020
Tyanada 4-cü əsrə aid səkkizbucaqlı kilsə aşkarlandı
10.08.2020
Norveçdə yaşayan azərbaycanlı modelyerin kolleksiyası Antalyada təqdim olunub
10.08.2020
Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir
09.08.2020
Portuqaliya təqaüdçülərini yenidən işə çağırır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
3 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
4 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
5 Turizm Agentliyi sahibkarlara müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info