Yeni ərazi ilk partiya təşkilatı təsis olunub
Tarix: 10.07.2014 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Gəncədə 3 saylı körpələr evi- uşaq bağçasında YAP ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirilib. Yığıncaqda YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, partiya təşkilatı Qadınlar Şurasının sədr müavini Flora Zeynalova və təşkilatın məsul işçiləri iştirak ediblər.
Yığıncağı giriş sözü ilə şəhər Partiya Təşkilatının sədri Naqif Həmzəyev açaraq qeyd edib ki, YAP Gəncə şəhər Təşkilatının İdarə Heyəti körpələr evində çalışan YAP üzvü olan tərbiyəçi müəllim və işçilərin müraciətini nəzərə alaraq, burada da ərazi ilk partiya təşkilatı təsis olunacaq. O vurğulayıb ki, partiya və dövlətimiz uşaqların tərbiyəsinə, sağlam böyüməsinə hər zaman böyük önəm verir və fidan balalarımızın millətə, dövlətə, xalqa, Vətənə bağlılığını, milli- mənəvi dəyərlərimizə hörmət bəsləməsini, onların əsil vətənpərvərlər kimi böyüməsini əsas tutur. Dövlət başçısı, möhtərəm Prezidentimiz, Partiyamızın Sədri, cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, şəhərimizdə də son illər uşaq bağçaları əsaslı təmir edilib, ən müasir avadanlıqlarla təchiz olunub. Bu proses hazırda uğurla davam etdirilir.
Yığıncaqda iştirak edən fəallardan Aynur Tağıyeva, Güldanə Məhərrəmova, Vüsalə Avşarova çıxış edərək, müəssisənin müdiri Gülarə Ağayevanın şəhərin ictimai- siyasi həyatında, Yeni Azərbaycan Partiyasının işlərində fəal iştirak etdiyini vurğulayaraq, ərazi ilk partiya təşkilatının sədrliyinə onun namizədliyini irəli sürüblər. Təklif yekdilliklə qəbul olunub və Gülarə Ağayeva 3 saylı körpələr evi- uşaq bağçası ərazi ilk partiya təşkilatının sədri seçilib.
YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini Flora Zeynalova, İdeoloji şöbənin müdiri Hüseyn Budaqov ölkə Prezidenti cənab İlham Əliyevin, eyni zamanda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdiyi qayğıya və şəhərimizdə uşaq bağçalarında yaradılmış yüksək təminatlı şəraitə görə minnətdarlıq ediblər. Uşaq tərbiyə müəssisələrində çalışan partiya üzvlərinə daha fəal olmağı, ən yeni təlim- tərbiyə metodlarına yiyələnməklə, uşaqların sağlam ruhda böyüdülməsi yolunda əzmkarlığa çalışmalarını tövsiyə ediblər. Bildiriblər ki, ərazi təşkilatının sədri və üzvləri valideynlərlə əlaqəni gücləndirməli, Vətənimizin parlaq gələcəyi naminə, dövlətçilik ənənələri ətrafında sıx birləşmək üçün onların arasında təbliğat işlərini genişləndirməlidirlər.
Yığıncağın sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqələri təntənəli surətdə təqdim olunub.
18 saylı körpələr evi- uşaq bağçasında da YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib. Tədbirdə 18 saylı körpələr evi- uşaq bağçasının müdiri Mehriban Allahverdi, YAP Gəncə şəhər Təşkilatının İdeoloji şöbəsinin müdiri Hüseyn Budaqov partiyaya yeni qəbul olunanları təbrik edərək, onlara daha fəal siyasi mövqe tutmağı, partiya tapşırıqlarının yerinə yetirilməsində nümunə olmağı tövsiyə ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib
18.09.2020
Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi
18.09.2020
Deputat və icra başçısı məktəb tikintisi ilə tanış olub
18.09.2020
Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah
18.09.2020
DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
4 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
5 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info