Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 78997 sual xarakterli müraciət daxil olub
Tarix: 10.07.2014 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


2014-cü ilin yanvar iyun aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 78997 sual xarakterli müraciət cavablandırılmışdır.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, həmin müraciətlər əsasən elektron xidmətlər (19,1%), o cümlədən elektron imza (6,4%), vergi növlərinin tətbiqi (16,8%), qeydiyyat (14,7%), hesabatlar (11,8%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (4,3%) və s. barədə olmuşdur.
Canlı rejimdə daxil olan müraciətlərin 96,4%-i müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılmış, 3,6%-i isə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilmişdir. Araşdırmaya qəbul edilmiş sual xarakterli müraciətlər orta hesabla 2,6 gün ərzində cavablandırılmışdır.
Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 7001 dəfə vergi borcu, 4709 dəfə isə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilmişdir. Həmin dövrdə vergi ödəyiciləri 508250 halda mesaj göndərilməklə məlumatlandırılmışdır ki, onlardan 501602-i qısa mesaj, 6648-i isə ikitərəfli mesaj olmuşdur.
Birinci yarımillikdə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 1876449 daxilolma qeydə alınmışdır. Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razıqalma səviyyəsi 95,4% olmuşdur.
Yanvar-iyun ayları ərzində ümumilikdə təqdim edilməli olan 548805 vergi bəyannaməsindən 94,5%-i vaxtında, onların da 92,4%-i elektron qaydada təqdim edilmişdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info