Bu ilin I yarısında dövlət vergi orqanlarına 47625 müraciət daxil olub
Tarix: 10.07.2014 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


2014-cü ilin 1-ci yarımilliyi ərzində dövlət vergi orqanlarına 47625 müraciət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9% çoxdur.
Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş müraciətlərin 98,4%-i ərizə, 1,4%-i şikayət, digərləri təklif olmuş, 146 şikayətin icrası xüsusi nəzarətə götürülmüşdür. Müraciətlərin 73,7%-i müsbət həll olunmuş, 15,5%-i barədə müvafiq izahatlar verilmiş, 4,4%-i əsassız sayılmış, 1,4%-i qismən həll olunmuş, 0,8%-i aidiyyəti üzrə göndərilmiş, 4,2%-i icradadır.
Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin 231-i eyni, 44-ü təkrardır, yəni faktiki olaraq şikayətlər cəmi 403 məsələ barədədir. Daxil olan şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,2% azalmışdır. Ümumilikdə şikayətlərin 33,7%-i əsassız sayılmış, 39,5%-i üzrə müvafiq izahatlar verilmiş, 11,8%-i müsbət həll olunmuş, 5%-i aidiyyəti üzrə göndərilmiş, 0,6%-i qismən həll olunmuş, 9,4%-i icradadır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından nazirliyin aparatına 183 müraciət, o cümlədən 103 ərizə, 80 şikayət daxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu müraciətlərin ümumi sayı 11,6%, ərizələrin sayı 16,9%, şikayətlərin sayı isə 3,6% azalmışdır.
2014-cü ilin 1-ci yarımilliyi ərzində Vergilər Nazirliyində 442 vətəndaş qəbul edilmişdir. Qəbul edilmiş vətəndaşların müraciətlərinin 72,5%-i maddi yardım almaq, şəxsi və digər məsələlər, 21%-i vergi orqanlarında işə qəbul olunma, 4,5%-i iş yerinin dəyişdirilməsi, 2%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət ilə əlaqədar olmuşdur.
Vergilər naziri Fazil Məmmədov tərəfindən cari ilin birinci yarısında Mingəçevir, Sabirabad, Göyçay və Xaçmaz rayonlarında ümumilikdə 200 nəfərdən çox vətəndaş qəbul edilmişdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Türkiyə İran ilə ticarət həcmini artırır
19.09.2019
Azərbaycan neftinin qiyməti dəyişdi
18.09.2019
Azərbaycan məhsulları beynəlxalq sərgidə təqdim olunur
18.09.2019
Goranboy və Tərtərdə inkubator məntəqələri istifadəyə verilib
18.09.2019
İqtisadiyyat nazirinin Şirvanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info