Gənc Diplomatlar Birliyinin üzvləri səfirlərlə görüşüblər
Tarix: 10.07.2014 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Gənc Diplomatlar Birliyinin üzvlərinin Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin V müşavirəsində iştirak edən səfirlərlə görüşü baş tutub. Tədbir Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutu və Azərbaycan Gənc Diplomatlar Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Auditoriya da səfirdir” layihəsi çərçivəsində keçirilib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovun moderatorluğu ilə keçirilən görüşdə Pakistan İslam Respublikası, Cənubi Afrika Respublikası, Misir Ərəb Respublikasındakı səfirlərimiz, Los Ancelesdəki konsulumuz və Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev iştirak edib.
Azərbaycan Gənc Diplomatlar Birliyinin Baş katibi Eltun İbrahimov çıxış edərək diplomatları peşə bayramları münasibəti ilə təbrik edib, görüşün əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Azərbaycanın Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Azərbaycanın Afrika kontinentində yerləşən ölkələrlə qarşılıqlı əlaqələrindən bəhs edib. “Azərbaycanın çox böyük ambisiyaları var. Buna görə də Afrika ilə əməkdaşlıq bizim üçün vacibdir. Azərbaycanı bu ölkələrlə birləşdirən və həm də fərqləndirən cəhətlər mövcuddur. Dünyada əfsuslar olsun ki, ikili standartlar mövcuddur. Lakin buna baxmayaraq, Azərbaycan hər zaman əhəmiyyətli və stabil mövqedən bu qitənin ölkələri ilə əməkdaşlıqda öz sözünü deyir”- deyə Elxan Poluxov qeyd edib.
Çıxış edən Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov bildirib ki, Pakistan İslam Respublikası ilə Azərbaycan arasında olan əməkdaşlığın və dostluğun tarixi qədimdir. O, iki ölkə arasında mövcud olan münasibətlərdən, xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu ölkədə həyata keçirilən xeyriyyə tədbirlərindən bəhs edib. O, Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığnı qeyd edib. “Pakistan dəfələrlə Ermənistanın bütün istəklərinə rədd cavabı verib. Ermənistan Pakistanı razı salmaq üçün bəzi şirnikləndirici təkliflər irəli sürsə də, bunlara qarşı ölkənin mənfi cavabı qəti olub. Pakistan erməni lobbisinin heç bir istəyinə razı olmur”- deyə səfir qeyd edib.
Ölkəmizin Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev Azərbaycanın ərəb dünyası və İslam ölkələri ilə genişlənən əlaqələrindən danışıb. O bildirib ki, Azərbaycan hər zaman digər ölkələrlə əməkdaşlıqda maraqlı olub. Səfir bildirib ki, Azərbaycan Mərkəzi Asiya və Ərəb dövlətləri üçün bir körpüdür.
Çıxış edən Azərbaycanın Los-Anceles şəhərindəki konsulu Nəsimi Ağayev Azərbaycanın haqq səsinin dünyaya çatdırılması ilə bağlı görülən işlər, xüsusilə Kaliforniya ştatında və onun Los- Anceles şəhərində bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Xarici İşlər Nazirliyinin Mətbuat katibi Elman Abdullayev Bakıda keçirilən diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi haqqında məlumat verib. O qeyd edib ki, iki ildən bir keçirilən müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər, gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılır.
Sonra görüş tədbir iştirakçılarının səfirlərə müxtəlif məsələlərlə bağlı suallar ünvanlaması şəraitində davam edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Masallıda gənc müəllimlərlə görüş
18.09.2019
Diaspor rəhbəri qalib monteneqrolu məktəbliyə diplomunu təqdim edib
18.09.2019
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb
18.09.2019
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik
17.09.2019
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info