“Elektron hökumət” üzrə Təlim Mərkəzi yaradılır
Tarix: 10.07.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycanda “Elektron hökumət” üzrə Təlim Mərkəzinin yaradılması layihəsi çərçivəsində ölkəmizə mütəxəssis qrupu ezam edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, avqustun 17-dək davam edəcək səfərin məqsədi Bakı Təlim Mərkəzinin yaradılması üçün zəruri informasiya texnologiyaları avadanlığının quraşdırılmasıdır. Təlim mərkəzi dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyasının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Layihə ilə bağlı qrant razılaşması ötən il Koreyanın Xarici İşlər Nazirliyi və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında imzalanıb. İki il müddətində həyata keçiriləcək layihə üçün KOICA 3 milyon 700 min ABŞ dolları məbləğində qrant ayırıb. Razılaşmaya əsasən Bakı şəhərində, həmçinin ayrı-ayrı regionlarda e-hökumət üzrə təlim siniflərinin yaradılması və vahid sistemdə birləşdirilməsi nəzərdə tutulub. Mərkəz vasitəsi ilə dövlət qulluqçularının informasiya-kommunikasiya texnologiyaları və elektron hökumət sahəsində biliklərinin artırılması üçün təlim kurslarının təşkil olunması, həmçinin distant təhsil xidmətlərinin göstərilməsi planlaşdırılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
18.09.2019
“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
18.09.2019
Özbəkistan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi “Mərkəz-2019” birgə hərbi təlimi
18.09.2019
Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar
18.09.2019
Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info