“Transxəzər qaz kəməri, TANAP və TAP layihələrinin gerçəkləşməsi üçün Azərbaycanı dəstəkləyirik”
Tarix: 10.07.2014 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


“Böyük Britaniya həm Transxəzər qaz kəməri, həm də TANAP və TAP layihələrinin gerçəkləşməsi istiqamətində Azərbaycanı dəstəkləyir. TANAP və TAP layihələrinin lideri Azərbaycandır, Avropa Birliyi, Böyük Britaniya Azərbaycanı bi istiqamətdə dəstəkləyir”. Bunu Bakıda jurnalistlərə açıqlamasında Böyük Britaniyanın enerji məsələləri üzrə naziri Maykl Fallon söyləyib. M. Fallon deyib ki, Böyük Britaniya Transxəzər layihəsinin də tezliklə reallaşmasını istəyir. O bildirib ki, Azərbaycan Transxəzər layihəsindən tranzit ölkə kimi daha çox faydalana bilər: “Orta Asiya ölkələrinin də bu layihələrin həyata keçirilməsində fəal mövqe nümayiş etdirəcəyinə ümid edirəm. Bu layihələr bütövlüklə Xəzər regionunun inkişafına, iştirakçı ölkələrin siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, Avropa Birliyi ilə inteqrasiyaya rəvac verəcək”. Rusiyanın “Transxəzər” layihəsinə qarşı çıxmasına gəlincə, M. Fallon qeyd edib ki, Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq olunub və çox aydın şəkildə Moskvaya bildirilib ki, qonşu ölkələrə münasibətində dəyişiklik etməlidir: “Məhz bu təhdidlərə görə Avropa Birliyi ölkələri Rusiyadan qaz asılılığını nisbətən azaltmaq istəyir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info