Niyazinin mənzil-muzeyində görüş
Tarix: 10.07.2014 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalının iştirakçıları iyulun 9-da Niyazinin mənzil-muzeyində olublar. Görüşdə Şəki “İpək Yolu” V Beynəlxalq musiqi festivalının videogörüntüsü nümayiş etdirildi. Festivalın təşkilatçısı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bu mötəbər musiqi bayramı haqqında təəssüratlarını bölüşüb.
Festivalın daha bir yeniliyinin Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşasının nümayişi ilə bağlı olduğunu vurğulayan ABİ-nin məsul katibi Lalə Hüseynova “İpək Yolu” nun marşrutunun bu dəfə Hindistan və Çin kimi ekzotik ölkələrdən keçdiyini, Azərbaycanın qədim musiqi alətləri ansamblının ifasında səsləndirilmiş xalq havalarımızın, “Eurovision” mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının gənclik təravətli, müasir ritmli çıxışlarının festivalın palitrasını yeni çalarlarla zənginləşdirdiyini, İstanbulun məşhur Modern Folk Müzik Topluluğunun maraqlı konsert proqramı ilə tamaşaçıları sevindirdiyini bildirdi.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova, Əməkdar Artist Munis Şərifov və digər çıxış edənlər festivalın qədim tarixi məkan olan Şəkidə keçirilməsinin, xaricdən gəlmiş incəsənət ustaları üçün də maraqlı olduğunu söylədilər.
Azərbaycanın qədim musiqi alətləri ansamblının təqdim etdiyi qədim xalq havaları, ansamblın solisti, Əməkdar Artist Nuriyyə Hüseynovanın ifasında qədim xalq mahnısı “Sarı gəlin” festivalın iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Xəyalə




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Təbrizdə ustad Şəhriyarın xatirəsi anılıb
18.09.2019
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019
Xalqının taleyini yaşayan dahi
18.09.2019
“Beryozka” ansamblı Bakıda konsert verəcək
18.09.2019
“Artım”da uşaqlar üçün ustad dərsləri keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info